İqtisadiyyat, ZZ-Manşet

“Etihad Airways” Azərbaycanda fəaliyyətə başlayır

etihadBirləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” milli aviaşirkəti həftədə 4 dəfə həyata keçiriləcək Əbu-Dabi – Bakı aviareysi üzrə uçuşlara başlayır.

Sözügedən marşrut üzrə uçuşlara 2015-ci ilin oktyabrın 1-dən etibarən başlanacaq və “Airbus A320” avialayneri ilə yerinə yetiriləcək. Təyyarədə 16 biznes-sinif, 120 ekonom-sinif oturacaq mövcuddur. Ümumiyyətlə isə hər həftə oturacaqların sayı 1 088 təşkil edəcək.

GSR.fm Trend-ə istinadən xəbər verir ki, “Etihad Airways” aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlara başlaması – aktiv inkişaf edən Qafqaz regionunda əlaqələrin qurulması üzrə strategiyamızın əsas hissəsidir”, – deyə “Etihad Airways”ın prezidenti və icraçı direktoru Ceyms Hoqan bildirib.

“Yeni uçuşlar Azərbaycan və BƏƏ arasında biznes və turizm əlaqələrində artan tələbata tam cavab verəcək. Bu, həmçinin, bir çox ölkələrdə, əsasən də Şimali Amerikada yaşayan Azərbaycan diasporası ilə Azərbaycan arasında əlaqəni daha da asanlaşdıracaq”.

“Biznes və istirahət məqsədilə Azərbaycandan səyahət edən sərnişinlər Əbu-Dabi vasitəsilə Fars Körfəzi, Hind regionu, Asiya və Şimali Amerikaya səfər etmək üçün gözəl imkan əldə edəcəklər. Bundan başqa, Əbu-Dabi – Bakı aviareysi Azərbaycan və BƏƏ arasında ticarət və turizm sahələrində onsuzda sıx olan əməkdaşlığı bir qədər də möhkəmləndirəcək”, – deyə C. Hoqan əlavə edib.

Qeyd edək ki, 2012-ci ildə Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 400 mln. ABŞ dollarından çox olub. Hazırda 12 mindən artıq azərbaycanlı BƏƏ-də yaşayır.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.