Aktual

“Eurovision” qonaqlarının Bakı təəssüratları

Azərbaycanın fərqliliyindən danışan Vernerin fikrincə, burada qədimliyi və müasirliyi bir yerdə görmək mümkündür. Azərbaycan mədəniyyəti Qərblə Şərqin sintezi formasındadır.

Verner: Bu mən fikirləşdiyimdən daha müasirdir. Fikirləşirdim ki, insanlar çox  dindardırlar. Amma küçədə dindar geyimli insanlar görmədim. Çox ünsiyyətcil, dostcanlıdırlar.

Hans Nauta, Hollandiya

Hollandiyadan gəlmiş Hans Nauta isə jurnalistdir. Azərbaycana işlədiyi qəzet üçün material hazırlamağa gəlib. Hans təəssüratlarını bizimlə bölüşərkən deyir ki, buraya gəlməzdən əvvəl nə ilə qarşılaşacağımı bilmirdim. Azərbaycanda köhnə və yeni şəhərin bir yerdə olması məni təəccübləndirdi. Ölkədə bəyənmədiyi bir məqamı isə Hans, fotoaparatındakı şəkilləri bizə göstərərək danışır.

Hans Nauta: Mən sizə göstərə bilərəm. Mənim xoşlamadığım bir şey var. Bu qadın küçəyə atılıb. Bu yer mərkəzdən elə də uzaqda deyil. Onun evi küçənin o biri tərəfindədir. O evdə olmayanda, hökumət nümayəndələri tərəfindən evi sökülüb.

Bununla yanaşı, Hans otellərin qiymətlərinin nisbətən baha olduğunu da deyir.

Hollandiyalı jurnalistdən fərqli olaraq Avroviziya haqqında material hazırlamağa gələn rusiyalı jurnalist Anna Simoyanova burada kirayədə yaşayır. O, kirayədə yaşadığı evin qiymətindən razıdır. Anna bizə nəqliyyatın, xüsusilə də metronun ucuz olmasında danışır. “Hətta nəqliyyat pulunu çox vaxt bizim əvəzimizə də ödəyirlər”- deyir. O, söhbət əsnasında Azərbaycanı belə yaxşı təsəvvür etmədiyini bildirib, səbəbini bu cür izah edir:

Anna Simoyanova, Rusiya

Anna Simoyanova: Düzünü desək, Rusiyada azərbaycanlılara münasibət o qədər də yaxşı deyil. Biz bir az çəkinirik azərbaycanlılardan. Bizdə alverlə məşğul olan azərbaycanlılar bizim üzərimizdən pul qazanmağa çalışırlar. Əlbəttə ki, hamısı elə deyil. Amma belələri çoxdur.

Anna Simoyanova buraya gəldikdən sonra azərbaycanlıları başqa cür tanıdığını və fikirlərinin tamamilə dəyişdiyini də sözlərinə əlavə edir.

Türkiyəli iştirakçı Can Bonomonun gitaraçısı Emre Kula Bakıda hər şeydən razıdır. O, əvvəllər Azərbaycan haqqında eşitsə də, bu qədər gözəl olduğunu təsəvvür etməyib.

Emre Kula: Çox əylənirik. İnsanlar çox yaxşıdırlar. Burada hər kəs bir-birini çox yaxşı başa düşür. Hər kəs çox canayaxındır. Xidmətlər əladır. Evimizdəyik, sanki Azərbaycanda.

Azərbaycana gəlməzdən əvvəl  yaşadığı yerdən –  Norveçdən uzaq olan ölkədə nəyinsə baş verəcəyindən qorxduğunu deyən İna hesab edir ki, otellər, xidmətlər yaxşıdır. Amma onun üçün Azərbaycan sadəcə bir məsələdə Norveçdən fərqlənir.

İna: Fərq ifadə azadlığındadır. Norveçdə sən istədiyini yaza, istədiyini deyə bilərsən. Çox azad ölkədir.

Qeyd edək ki, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev  “Avroviziya2012”mahnı müsabiqəsində iştirak etmək üçün Azərbaycana 30 minə yaxın turistin gələcəyi barədə proqnoz vermişdi.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.