Cəmiyyət

Evimiz nə vaxt sənədləşdiriləcək?

Sumqayıt şəhəri Yaşıldərə yaşayış massivi sakini 48 yaşlı Rüstəmov Şahin Qarabağ veteranıdır. İki övladı olan Şahin bəy hazırda yaşadıqları, 2007-ci ildə tikdirdiyi evi hələ də sənədləşdirə bilməyib.

Şahin Rüstəmov:

Gəlib ad familya soruşub çıxıb gediblər. Hələ indiyə qədər də gəlmiyiblər. Düz, bəlkə də dörd aydır. Mənə heç bir söz deyilməyib, heç kim də heç nəyi bilmir.Bir nəfər deyil e, mən tək deyiləm ki?! Orda, bilirsən, nə qədər
ev var?! Hamısı sənədsiz.

Bu problemin ona çoxlu çətinliklər törətdiyini deyən Şahin bəy hansısa bir iş qurmaq istəyəndə sənəd olmadığından çarəsiz qalır.

Şahin Rüstəmov:

Mən havadayam. Mən bilmirəm hara gedim, nətər gedim. Uşaqlar hələ yoxdur qeydiyyatda, biri əsgərliyə gedib gəlib havadadır, o biri 10-cu sinifdə oxuyur,o da havadadır.Yoldaşımdır kənddədir qeydiyyatda. Belə olmur axı. Sənəd ola ki, qeydiyyat ola ki, bilək nə var nə yox, nətərdir. Bir yerə çıxanda adress yox, bir şey yox. Olmur axı elə.

Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl bəzi yerlərdə evlərin sənədləşdirilməsi ilə bağlı müəyyən işlər görüldüyünü desə də, bu problemin həllində böyük bir dəyişiklik olmadığını , prosesin yarımçıq qaldığını deyir. Səbəbini isə….

Zöhrab İsmayıl:

Birincisi korrupsiya maşını buna imkan vermir. Özbaşına tikililərin əslində sənədləşməsi gedir amma çox ləng gedir və rüşvətnən gedir. Elə evlər var ki, onların sənədləşməsi üçün iyirmi min dollar pul xərclənir. Əvvəllər bu beş mindən başlıyırdı, indi on mindən başlıyır. Burda əslində çox böyük pullar var. İkinci səbəb də ümumiyyətlə hökümət səviyyəsində siyasi qərarın olmamasıdır ki, məsələn 400-500 min nəfərə, onların tikdikləri evlərə özəl mülkiyyət hüququ verək yoxsa yox.

Millət vəkili Musa Quliyev isə bildirir ki, qanunsuz tikililərin sənədləşdirilməsi, hüquqi əsas yaradılması çox uzunsürən və gərgin prosesdir.

Musa Quliyev:

Ən əsası bu işin başlanmasıdır və nə vaxt qurtarmağını demək mümkün deyil. Çünki, bu proses davam etdikcə yeni sənədləşdirilməmiş evlər ortaya çıxacaqdır. Hesab eləyirəm ki, bu ilin sonuna qədər əhəmiyyətli dərəcədə evlərin çoxusu sənədləşdiriləcəkdir.

Ekspert  Zöhrab İsmayıl isə yeni özbaşına evlərin tikilməsini belə izah edir.

Zöhrab İsmayıl:

Bu günləri hansısa bir ev tikmək üçün sənədləşməyə baş vursan, hardasa bir il vaxtın gedəcək, enerjin gedəcək. Ona görə də insanlar asan yol kimi özbaşına tikilini üstün tutublar. Onlar yerli İcra Hakimiyyəti orqanlarına, polisə və başqa qurumlara rüşvət ödəyərək, bu özbaşına tikililəri tikirlər. Bu prosesin özünü dayandırmaq lazımdır ki, hansısa bir dönüş nöqtəsi olmalıdır ki, həmin dönüş nöqtəsindən özbaşına tikili mümkün olmasın ki, gələcəkdə bu problem daha da böyüməsin.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2011-ci ilin əvvəlində qanunsuz tikililərin sənədləşdirilməsi ilə bağlı göstəriş verib.

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: doctor7online.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.