GSR TV, Reportaj, ZZ-Manşet

Əyləncəli və təhlükəli idman növü - Reportaj

Parkur – bədəninin elastikliyindən maksimum şəkildə istifadə edilərək ortaya çıxan sürətli və təsirli idman növüdür. Burada məqsəd insan anatomiyasının gerçək potensialının nə qədər inkişaf etdirilə biləcəyini ortaya qoymaqdan ibarətdir. Bu idman növü 1980–ci ildə Fransada David Belle və Sebastyan Fulkan tərəfindən yaradılıb. Əsasən şəhər küçələrində həyata keçirilən parkur qaçış, dayaqla tullanma, hündürlüyə qalxma və başqa hərəkətləri özündə birləşdirir. Parkurla məşğul adam – Treyser adlanır.

Qısa müddətdə bütün dünyaya yayılan idman növünü Azərbaycanda da həyat tərzinə çevirən gənclər var. Onlar Azerbaijan Parkour Club-da fəaliyyət göstərirlər. Klubun rəhbəri Hafiz Qardaşbəyli parkur haqqında GSR.fm-ə məlumat verib.

Öncəki xəbərNövbəti xəbər