Magazine, ZZ-Manşet

Faiq Ağayev 3 ildən sonra yenidən…

faiq agayevXalq artisti Faiq Ağayev solo konsertə hazırlaşır.

GSR.fm Axşam.az-a istinadən xəbər verir ki, müğənni “Hər şey daxil” verilişində tədbirin dekabrın son həftəsi baş tutacağını deyib.

O bildirib ki, 3 il fasilədən sonra verəcəyi konsert “F.A. Made in Azerbaijan” adlanır:

“Konsert üçün 8 yeni mahnı hazırlayıram. Böyük bir konsertdir. Yeni mahnımın ikincisini bu gün təhvil alacam. Konsertim ad günümə təsadüf edir. Noyabrda səhnəyə gəlməyimin 28 ili tamam olur. Bu müddətdə cəmi 2 və ya 3 dəfə böyük ad günü etmişəm. Ad günümdə qonağı rahat otuzdurmaq, kimlə yanyana qoymaq fikri çəkirəm. Ad günümü xidmətçi kimi keçirirəm. Ona görə də özəl günümdə böyük məclis etmirəm. Təmtəraq istəyəndə, səhnəyə çıxıram. Ona görə də dekabrın 29-da bu il konsert verəcəm”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.