Magazine, ZZ-Manşet

Faiq Ağayev yeni mahnısının promosunu təqdim edib

Azərbaycanın Xalq Artisti Faiq Ağayev “Zanqeyarım” adlı Talış xalq mahnısının promo-versiyasını təqdim edib.

GSR.fm xəbər verir ki, bu barədə ifaçı öz şəxsi Facebook səhifəsində məlumat paylaşıb. O bildirib ki, bu mahnını geniş tamaşaçı auditoriyasına ilk dəfə ötən əsrin 60-cı illərində SSRİ-nin Xalq Artisti Rəşid Behbudov təqdim edib:

“”Zanqeyarım” xalq mahnısı Talış xalqının folklor nümunəsidir, onu əkin əkərkən, bicarda işləyərkən oxuyardılar.  Azərbaycanın cənub bölgsində yerli əhalinin şifahi dildə yaşatdığı bu folklor nümunəsi uzaq keçmişdə talış diyarında keçirilmiş, indi isə unudulmuş bir bayramın olduğundan xəbər verir. Mahnının sözləri sırf bu bayramda icra olunan mərasimlərin əksidir. Əkin-biçin nəğmələrində qorunub saxlanılan bu mərasimlərin təsviri mahnının qədimliyini subut edir.

Talışca “zanq” ( zənq ) sözü “ay ışığının suda əksi” anlamını verir. Talış qadınları bir zamanlar öz həyat yoldaşları üçün oruc tutublar. Ay bədrlənib, suyun üzərində əksi görünəndə isə bayram edib, oruclarını açarmışlar. Mahnının mətnində bu maraqlı adət öz əksini tapır.

“Zanqeyarım” mahnısı sırf qadınla bağlı olub, qadın dilindən ifa olunduğuna görə, mətndə bəzi zəruri dəyişikliklər edilmişdi. Bu işdə şair Əli Nasir və yazar Aytən Eyvazonun xidmətləri var”.

Xalq Artistik qeyd edib ki, yaxın günlərdə mahnının bütöv versiyası radiolarda yayınlamağa başlayacaq.

 

Öncəki xəbərNövbəti xəbər