Müsahibə, Sosial, ZZ-Manşet

“Fəaliyyət Planı hazırlandığı kimi icra olunsa…”

 

rasif-dunyamali

Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı hazırlanıb.

Bununla bağlı  EDU.co şirkətinin direktoru Rasif Dünyamalıyev GSR.fm-ə müsahibə verib. Rasif bəy bildirib ki, Fəaliyyət Planının hazırlanmasını qənaətbəxş hesab etmək olar:

“Bu Fəaliyyət Planını təhlil edərkən görürük ki, burada müəllimlər, təhsil müəssisələri, valideynlər və  şagirdlər də tam olaraq əhatə olunub. Həmçinin bu planda ənənəvi təhsillə bərabər, yeniliklər, texnologiyadan istifadə və.s bu kimi məsələlər  də öz əksini tapıb. Artıq bu planda təhsilə strateji yanaşılır və hərtərəfli problemlərin aradan qaldırılmasına istiqamətlənmiş sənəddir. Bu fəaliyyət planında müəllimlərimizin əmək haqqının dəyişikliyi sistemləşdirilib. Həmçinin, artıq hər kəs sinfə girib şagirdlərə nəsə öyrədə bilməz. Fəaliyyət planından görünən odur ki, artıq müəllimlər sertifikatlaşdırılacaq, müəllim olmaq üçün internaturadan keçəcəklər. Bunlar çox müsbət addımlardır”.

Təhsil mütəxəssisi Rasif bəy onu da qeyd etdi ki, bu planda  digər bir məsələ də təhsil müəssisələrinin infrastrukturu ilə bağlı standartların yenilənməsidir:

“İndiyə qədər 1985-ci ildə Sovet dönəmində qəbul olunmuş standartların sonradan kiçik dəyişikliklərlə yenidən davam etdirilməsi əsasında təhsil müəssisələri qurulurdu. Yəni yeniliklər, müasir dünyanın tələbləri, normativlər öz əksini tapmırdı. Bununla bağlı yeni normativ və standartlar hazırlanacaq. Ümumilikdə götürdükdə, bu, təhsilimizə kompleks yanaşmadır. Əgər bu Fəaliyyət Planı hazırlandığı kimi icra olunacaqsa, Azərbaycan  təhsilində 20-30 illik sıçrayış olacaq”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.