İdman, Müsahibə, ZZ-Manşet

“Fənərbaxça” komandası məğlub olmayacaq”

fenerbahce-uefa-maci

3 noyabrda Avropa liqasının qrup mərhələsinin IV turunda cavab oyunları baş tutacaq. “Fənərbaxça” Kadıköydə “Qırmızı şeytanlar”ı qonaq edəcək.

Bu qarşılaşma haqda idman şərhçisi Sənan Şəfizadə GSR.fm-ə müsahibə verib. O, öz müsahibəsində bildirib ki, “Fənərbaxça” üçün ən yaxşı halda heç-heçə gözləyirəm:

“Avropa liqasının oyunlarında gözlənilməz nəticələr hər zaman ola bilər. Sözsüz ki, bir neçə görüşlər maraqlıdır. Azərbaycan azarkeşləri üçün “Fənərbaxça” və “Mançester Yunayted” dueli diqqətdə olacaq. “Fənərbaxça”nın üç oyundan 4 xalı var. “Mançester Yunayted” isə üç oyundan 6 xal ilə liderdir. Çox maraqlı oyun gözlənilir. Mənim fikrimcə “Fənərbaxça” komandası məğlub olmayacaq. Çünki öz yerlərində oynayırlar və doğma meydanda kifayət qədər yaxşı təsir bağışlayırlar. Digər tərəfdən də “Mançester Yunayted”in həftə sonu çempionatda daha vacib oyunları var. Bilirsiz ki, Joze Mourinyonun komandasının premyer liqadakı işləri heç də yaxşı getmir. Mourinyo dəfələrlə deyib ki, avroliqa onun komandası və özü üçün o qədər də böyük və belə deyək diqqəti cəlb edən yarış və ya turnir deyil. Çempionlar liqasında qalib gələn məşqçi üçün bu kifayət qədər normal açıqlamadı və Mourinyo avroliqaya elə də ciddi yanaşmır. Sözsüz ki, komanda qrupdan çıxacaq. Bu, inamdan əlavə, həm də komanda qrupun favoritidir. Bununla bərabər məncə, “Fənərbaxça” doğma meydanda məğlub olmayacaq. Baxmayaraq ki, “Mançester Yunayted”in çempionatda işləri yaxşı getmir, ola bilər ki, bütün hirsini məhz “Fənərbaxça”nın üstünə töksün. Buna görə bol qollu oyun olacaq”.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə 22:00-da başlayacaq.

Öncəki xəbərNövbəti xəbər

6 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: doctor7online.com
  3. Geri izləmə: generic albuterol inhaler
  4. Geri izləmə: how does viagra work

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.