Magazine, ZZ-Manşet

Fərdadan tanınmış jurnalistə sərt sözlər

vusal-ferdaTanınmış jurnalist Vüsal Məmmədovun aktyor Fərda Xudaverdiyevlə bağlı sosial şəbəkədə paylaşdığı status qarşı tərəfi özündən çıxarıb.

GSR.fm-in Publika.az-a istinadən verdiyi məlumata görə, hazırda “Niyə” filminin ikinci versiyasını çəkmək üçün Şəkidə olan Fərda sözügedən mövzuyla bağlı bunları deyib: “Şəkidə film çəkirik, bu yazını oxuyandan bəri əsəbimdən partlayıram. Təmiz hövsələdən çıxdım. O adamın yazdıqlarını səhər tezdən oxudum. Tanımadığım adam olsaydı, məni yandırmazdı. Tanıdığım insan götürüb ağzına gələni yazıb. Mənə sözün vardı, götürüb, zəng edərdin. Qaldı ki, məni Cem Yılmazı təqlid etməkdə ittihamına, onun cavabını sosial şəbəkə dostlarım necə lazımdı verib. O Vüsal deyilən şəxs yaxşı bilir ki, o vaxt burada mənim bu layihəmə dəstək olan, sahib çıxan tapılmadı. Türklər mənim layihəmə sahib çıxdı, özləri də istədikləri proyekti qurdular. Mənim necə aktyor olduğumu görmək istəyirsənsə, gəl ora – konsertimə, səni narahat edən suallara cavab tap. Oktyabrda bütün kinoteatrlarda “Selfinaz” adlı konsertimin nümayişinə başlanacaq”.

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.