İqtisadiyyat, ZZ-Manşet

Fiat İtaliyanı tərk edir

fiatABŞ-ın Chrysler şirkəti ilə birləşən İtalyanın avtomobil istehsalçısı Fiat, mərkəzini İngiltərəyə köçürəcək

GSR.fm Marja-ya istinadən xəbər verir ki, İtalyanın ən böyük avtomobil istehsalçısı və ölkənin qloballaşmaya uyğunlaşma mübarizəsinin simvolu Fiat SpA, 115 il sonra Aralıq dənizi ölkəsini tərk edir.

Torinoda son dəfə keçirilimiş ümumi yığıncaqda Agnelli ailəsi və digər sərmayəçilər, Fiatın Chrysler ilə birləşməsini qəbul edərək, şirkətin İtaliyadan ayrılmasını təsdiqləyiblər.  “Fiat Chrysler Automobiles NV” Hollandiya qanunlarına tabe olacaq. Mərkəzi İngiltərədə olacaq şirkətin səhmləri isə Nyu- York birjasında icra olunacaq. Şirkətə İtalyan əslli Kanadalı Sergio Marchionne  CEO (İcraçı direktor) vəzifəsinə gətirilib.

Miçiqan Universitetinin professoru Erik Gordon ”Marchionne İtaliyanı tərk etmək istəmir. O yalnız şirkətinin qlobal oyunçu olmasını istəyir. Bunun üçün də şirkətin köçməsi şərtdir. Təbii, bu vəziyyət İtaliya üçün kədərlidir” deyib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.