Gənclər Soruşur

“Filmə birinci mükafatı tamaşaçı verməlidir”

“Gənclər soruşur” verilişinin budəfəki efirində “Azərbaycan kinosunun bugünkü vəziyyəti” mövzusu müzakirə olundu. Qonağımız “Güllələnmə təxirə salındı”, “Anamın duaları”, “Qərib cinlər diyarında” və bu kimi bir çox filmlərin rejissoru, əməkdar incəsənət xadimi Ələkbər Muradov idi.

Kinorejissor ilk olaraq Azərbaycan kinosunun hazırkı vəziyyətindən və sovet dövründə çəkilmiş filmlərlə indiki filmlər arasındakı fərqlərdən söhbət açdı. Verilişdə, həmçinin filmdə aktyor seçimi, Azərbaycan filmlərinin dünyada təbliği və bu kimi digər mövzulardan da danışıldı.

 

Öncəki xəbərNövbəti xəbər