P.S, Xəbəriniz olsun, Z-Manset

Filmlərdə gördüyümüz 7 otel - Xəbəriniz Olsun

Heç də həmişə otelləri ulduzlarına görə seçmək vacib deyil. Daha doğrusu, turizm assosiasiyalarına məxsus olan ulduzlardan söhbət gedir. Bəzən hansısa mehmanxanada məşhur aktyorun nə vaxtsa yaşadığını bilmək də kifayət edir. İndi təqdim edəcəyimiz 7 oteli siz kinolarda görmüsünüz.

Böyük şəhərdə seks-2/Amanjena, Mərakeş
Böyük şəhərdə seks-2/Amanjena, Mərakeş

Ekranda göstərilir ki, “Böyük şəhərdə seks-2”dəki hadisələr Əbu-Dabidə cərəyan edir. Əslində isə prodüsserlər ərəb əmirlikləri ilə razılığa gələ bilmirlər deyə çəkilişi Mərakeşə köçürməli olurlar. Qəhrəmanları heyrətləndirən otel həqiqətən də mövcuddur və bu “Amanjena” otelidir. Mərmər vannalı özəl otaqlar və padşahların həyatına məxsus digər zövqverici şeylər qonaqların xidmətindədir. Otelin bir gecəlik qiyməti 1053 dollardan başlayır.

Arqo/Beverly Hilton, Los Anceles
Arqo/Beverly Hilton, Los Anceles

“Beverly Hilton” təkcə “Arqo” filminin burada çəkilməsinə görə məşhur deyil. Bundan əlavə, burada Uitni Hyuston dünyasını dəyişib. Ümumiyyətlə, otel kino aləmi ulduzlarının diqqətindən məhrumdur. Məşhurluğundan başqa, otelin xüsusi rahatlığı yoxdur. Bir gecəlik qiyməti 246 dollardan başlayır.

Veqasda oğlan qonaqlığı/Caesars Palace, Las-Veqas
Veqasda oğlan qonaqlığı/Caesars Palace, Las-Veqas

Filmin əvvəlində “Caesars Palace” otelinin vip otağı oğlanlar tərəfindən dağıdılır. Otelin özü qonaqpərvərlik fabrikini xatırladır. Bir neçə nəhəng korpusu hər gün minlərlərlə turist qəbul edir. Kazinonu çıxmaq şərti ilə xoşagələn tamamlanmalardan biri də Selin Dionun şousudur. Bir gecəlik qiyməti 214 dollardan başlayır.

Şeytan markadan geyinir/Ritz, Paris
Şeytan markadan geyinir/Ritz, Paris

Əlbəttə ki, Meril Strip Parisin başqa otelini seçə bilməzdi. Ancaq “Ritz”. Buraya gələn qonaqlar arasında bir gecə ilə kifayətlənməyənlər də var. Koko Şanel 30 ildən çox Ritzdə yaşayıb. Hazırda oteldə yenidənqurma işləri getdiyi üçün bağlıdır.

Ceyms Bond: Kazino Royal/Grandhotel Pupp, Karlovı Varı
Ceyms Bond: Kazino Royal/Grandhotel Pupp, Karlovı Varı

“Grandhotel Pupp” kinoda aldadıcıdır. Yəni kinoda guya bu yer Çernoqariyadakı “Splendide” otelidir. Otelin tarixi 1701-ci ildən başlayır. Burada yaşamasaz belə ən azından ora gedib “Napaleon” tortu ilə bir stəkan qəhvə içmək mütləqdir. Bir gecəlik qiyməti 245 dollardan başlayır.

Tərcümənin çətinliyi/Park Hyatt, Tokio
Tərcümənin çətinliyi/Park Hyatt, Tokio

“Park Hyatt” Bob Xarrisin (Bill Murrey) gün ərzində oturduğu barı ilə yadda qalıb. Rejissorun fikrincə, barın pəncərisindən görünən fantastik mənzərə qəhrəmanın tənhalığını əks etdirirdi. Həmçinin 8 gecədən sonra barda bir pivənin qiyməti 20 dollardır, oteldə isə bir gecənin qiyməti 488 dollardır.

Evdə tək-2/ The Plaza Hotel, Nyu-York
Evdə tək-2/ The Plaza Hotel, Nyu-York

Məhz bu oteldə baş qəhrəman olan Makaley Kalkin yaşayırdı. Yəqin ki, bura Nyu-Yorkun ən dəbdəbəli və çox kino çəkilən otelidir. Məsələn, bu yaxınlarda “Böyük Qetsbi” filminin, “Qeybətçi” serialının və başqa uşaq filmlərinin bir neçə səhnələri burada çəkilib. Otelin yaxınlığında həmin Holli Qolaytlinin “Tiffany&Co” mağazası yerləşir. Kino çəkmək üçün bir gecənin qiyməti 849 dollardan başlayır.

Hazırladı: Rəna Hüseynova
Mənbə: wowfacts.net

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.