Sosial, Xəbərlər, ZZ-Manşet

Füzuli rayonunda maarifləndirmə tədbiri keçirilib

unnamed

“Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Uşaqlar və gənclər arasında “Zorakılıqsız həyat naminə” devizi ilə aksiyaların keçirilməsi” adlı layihəsi çərçivəsində Füzuli rayonunda uşaqların, valideynlərin, müəllimlərin, yerli icmaların, o cümlədən yeni salınan qəsəbələrdə məzkunlaşan məcburi köçkünlərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.

Birliyin sədri və layihə rəhbəri Aytən Səfixanlı tədbiri giriş sözü ilə açaraq belə bir aktual məsələyə həsr olunan layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə görə isə Füzuli Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirilib.

A.Səfixanlı qeyd edib ki, layihənin məqsədi paytaxtda və regionlarda məktəblilər, valideynlər və uşaqlarla işləyən şəxslər arasında zorakılığın yolverilməzliyi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkil edilməsi və uşaqlar arasında rəsm müsabiqəsinin keçirilməsidir.

Tədbirdə ekspert qismində çıxış edən psixoloq Asəf Kərimov bütün dünyada olduğu kimi, ölkədə də uşaqların müəyyən səbəblərdən müxtəlif növ zorakılıqlara məruz qaldığını, bir çox hallarda, valideynlər, müəllimlər və hətta həmyaşıdları tərəfindən uşaqlara qarşı zorakılığın edildiyini bildirib.   O, qeyd edib ki, uşaqlara qarşı zorakılığın psixoloji aspektləri, zorakılığın uşaqda yaratdığı mənəvi-psixoloji sarsıntılar, zorakılığa məruz qalan uşaqlara psixoloji xidmətin xüsusiyyətləri, uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar, habelə  “Qaynar xətlər” barədə iştirakçılara ətraflı məlumat verilib. uşaqlara qarşı zorakılıq halları bir çox hallarda gizli qalır. Eyni zamanda, valideynlər və müəllimlər zorakılığı (döymə) tərbiyənin ən düzgün üsulu kimi çox tətbiq edirlər. Bu isə uşaqların özlərinə qapanmalarına, sarsıntı keçirmələrinə, intihar etmələrinə, əlilliyə düçar olmalarına gətirib çıxarır.

A.Kərimov vurğulanıb ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsində uşaqların tərbiyəsinə valideynlərin məsuliyyət daşıdığı və dövlətin isə nəzarət etdiyi qeyd edilib. Bu ali qanunvericilik norması bir daha göstərir ki, valideynlər uşaqları ilə istədiyi kimi davrana bilməz, çünki dövlət bu məsələlər nəzarət edir.

Tədbirdə BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan Hökumətinə verdiyi son tövsiyəsində də uşaqlar və uşaqlarla işləyən şəxslər üçün silsilə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyinin qeyd olunduğu diqqətə çatdırılıb.

Uşaqlar və gənclər arasında zorakılığa qarşı mübarizənin daha da gücləndirilməsi məsələləri ilə bağlı geniş müzakirələr aparılan, bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına yönələn bir sıra təkliflər irəli sürülüb.

Tədbirdə əyani vəsait kimi müvafiq dövlət qurumları və QHT-lər tərəfindən uşaqlara qarşı zorakılıq mövzusunda hazırlanan filmlər nümayiş etdirilib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.