Qonağımız Var

“Gənclər evi işə düzəltmə məkanı deyil”

Bu həftə yenə də “Qonağımız var”  verilişində Vəfalı Ənsərin qonağı var idi.

Günün mövzusu :“ Gənclər evi gənclərə nə verir?”

Günün qonağı isə “Gənclər evi” layihəsinin rəhbəri Elşad Abdullayev idi.

Qonaq bildirdi ki, “Gənclər evi” sosial, siyasi və. s mənsubiyyətindən aslı olmayaraq 17-28 yaş arası bütün gənclərin müraciət edə biləcəyi mərkəzdir. Mərkəzdə rus, ingilis, alman dilləri, kompyuter, marketinq, media, təlimçi yetişdirmə, və.s kurslar təşkil edilir. Layihənin əsas məqsədi gənclərin gələcəkdə istədikləri sahədə peşəkar kimi çalışmasında onlara yardımçı olmaqdır.

Öncəki xəbərNövbəti xəbər