Aktual

Gənc taekvondoçuların ilk Olimpiya sınağı

2012-ci ildə gənclər arasında dünya çempionu olan Fəridə Əzizova Azərbaycanın idman tarixində Olimpiya Oyunlarına vəsiqə qazanan ilk qadın taekvondoçudur. 17 yaşlı idmançı Qusar rayonunda anadan olub. 9 yaşından milli komandaya dəvət alıb. Quba Dövlət Sosial İqtisadi Kollecinin “Bədən tərbiyəsi və idman” bölməsində təhsil alan Fəridə 10 ildir ki, taekvondo ilə məşğul olduğunu deyir.

Fəridə Əzizova:
– Balacalıqdan çox da belə sakit uşaq olmamışam. Ona görə də 2003-cü ildə atam qərara gəldi ki, idmana yazılam. Qusarda birinci məşqlərimə başlamışam. Kamran Qəribov şəxsi müəllimimdir. Hal-hazırda da elə olaraq qalır.

Fəridə 67 kq çəkidə döyüşür. O, Olimpiadaya vəsiqəni 2011-ci ilin iyun ayında Bakıda keçirilən dünya təsnifat turnirində qazanıb.

Fəridə Əzizova:
– Yarışın birinci günü mən açılışını edirdim. Mənə çox ümid bəsləyirdilər. Çox şadam ki, mən müəllimlərimin ümidlərini puça çıxarmadım, lisenziyanı götürdüm.

Ramin Fəridənin döyüşünü bəyəndiyini deyir

80 kq çəkidə mübarizə aparan Ramin Əzizov isə gənclər arasında Avropa birinciliyinin və dünya kubokunun bürünc mükafatçısı, böyüklər arasında qitə çempionatının üçüncüsüdür. Lənkəranda yaşayan 24 yaşlı gənc idmançı 5 yaşından taekvondo ilə məşğul olmağa başlayıb. Raminin sözlərinə görə, komanda idman növləri ilə müqayisədə, tək mübarizəli döyüş növləri Azərbaycanda daha çox inkişaf edib. O, Fəridə kimi gənc qızların döyüş idman növləri ilə məşğul olmasına da münasibətini bildirdi.

Ramin Əzizov:

– Ümumiyyətlə, Azərbaycan xalqı döyüşkən xalqdır. Niyə bizim komanda idman növlərimiz zəifdir?! Tək mübarizliyimiz güclüdür. Döyüşkən qız! 16-17 yaşı var, artıq Olimpiadaya lisenziya qazanıb. Qarabağda bizim qadınlar döyüşməyib?! Döyüşüb.

2004-cü il Afina, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında taekvondo üzrə Azərbaycanı təmsil edən idmançılar mükafatçılar sırasına düşə bilməyiblər. Builki olimpiadada isə hər iki taekvondoçu qızıl medala sahib çıxmaqda iddialıdır.

Ramin Əzizov:
– Azərbaycan taekvondosunun Olimpiya medalı yoxdur. Hər medaldan var, dünya çempionumuz var, dünya ikincimiz var, üçüncüsü var, Avropa çempionu var. Bircə Olimpiya medalımız yoxdur. İki Olimpiyada uğursuzluğumuz olub. Bu dəfə istəmirəm də uğursuzluğumuz olsun, artıq bəsdir.

Federasiyanın I vitse-prezidenti Füzuli Musayev bildirir ki, Fəridənin qazandığı uğurlar onun nə qədər perspektivli idmançı olduğunu göstərir.

Füzuli Musayev:
– Fəridə Əzizova artıq 2-3 ay bundan öncə gənclər arasında dünya çempionu adına layiq görülmüşdü. Yeniyetmə gənclər arasında Avropa çempionudur. Və böyüklər arasında 2011-ci ildə ilk dəfə iştirak edərək lisenziya əldə eləmişdi.

Koreyalı məşqçi Sun Mi Park Fəridə ilə Raminə düzgün döyüş taktikasını izah edir

Füzuli Musayev uğur qazanan taekvondoçular arasında gənclərin çoxluq təşkil etdiyini söyləyir. Vitse-prezident onu da vurğulayır ki, gənc taekvondoçular qızıl medala sahib çıxsalar, bu, federasiyanın 20 illik yubileyinə ən böyük hədiyyə olacaq.

Füzuli Musayev:
–  Ramin öz çəkisində dünyada birincidir reytinqdə. Hələ Fəridənin özü gəncdir. 17 yaşı yeni olmuşdur. Yəni bizim komandanın arasında heç bir idman növündə bu yaşda idmançı yoxdur.  Böyük ümidlərimiz var. Hər iki idmançıdan medal gözləyirik.

Qeyd edək ki, koreyalı məşqilər – Conq Conqbay və Sun Mi Parkla təlim-məşq keçən Azərbaycan taekvondoçuları avqustun 4-də Londona yola düşəcəklər. Həmin ayın 10-da isə mübarizəyə qoşulacaqlar.

Öncəki xəbərNövbəti xəbər

22 şərh

  1. This is a very important post. Thanks as a service to posting this.

    What do you over nearby my website: [url=https://crearesitebucurestii.blogspot.com/]https://crearesitebucurestii.blogspot.com/[/url]

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.