Magazine, Xəbərlər, ZZ-Manşet

Gənc Tamaşaçılar Teatrı Yunanıstanda festivala qatılacaq

1465918b-043d-4be9-8414-dca69b589ace

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Yunanıstanda keçiriləcək gənclər festivalında iştirak edəcək.GSR.fm-in  APA-ya verilən məlumata görə, “Dionda Olimpiya” festivalı dram, musiqi və atletika üzrə təşkil olunur.

Tədbirdə Azərbaycan Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında əməkdar artist Nicat Kazımovun hazırladığı “Xeyir və Şər” tamaşası ilə təmsil ediləcək.

Yunanıstana səfər edəcək yaradıcı heyətə teatrın quruluşçu rejissoru, əməkdar artist Nicat Kazımov, aktyorlar Zümrüd Quliyeva, Səbinə Məmmədova, Bəhram Həsənov və işıq üzrə rəssam Vadim Kuskov daxildir. Səfər sentyabrın 19-dan 23-dək baş tutacaq.

Festivalda ölkəmizin iştirakı Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.