Sosial, ZZ-Manşet

Gəncə avtomobil zavodunda kombayn istehsal edilə bilər

1263297537_news_2008_3_images_newsmicro_car_factoryGəncə Avtomobil Zavodu və “QomSelmaş” müəssisəsi ilə yeni müqavilə bağlanıb və bu müqavilə çərçivəsində Gəncədə yeni kombaynların hazırlanmasına başlanılacaq.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə açıqlamanı Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç Gəncəyə səfəri zamanı jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, Belarus ilə Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirlər planı hazırlanıb.

“Gəncə ilə Belarusun Qomel şəhəri qardaş şəhərlərdir və bundan irəli gələrək bu iki şəhər arasında yeni iqtisadi layihələr müzakirə olunur. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə də bu barədə müzakirə apardıq”,  deyən diplomat qeyd edib ki, hazırda Belarus ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində hər iki ölkə prezidentləri arasında keçirilən son görüşdə razılıq əldə olunub və planlar var.

“Gəncə Avtomobil Zavodu ilə sıx əlaqələr qurulub. Bura gəlməzdən öncə mən zavod rəhbərliyi ilə görüşdüm və məhsulların sayının artırılması, yeni məhsulların hazırlanması istiqamətində geniş fikir mübadiləsi apardıq”.

Səfir bildirib ki, Gəncə Avtomobil Zavodu və “QomSelmaş” müəssisəsi ilə yeni müqavilə bağlanıb və bu müqavilə çərçivəsində Gəncədə yeni kombaynların hazırlanmasına başlanılacaq. N. Patskeviç nümunə üçün 3 ədəd kombaynın Gəncəyə gətirildiyini və sahələrdə sınaqdan keçirildiyini bildirib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.