Sosial, ZZ-Manşet

Gəncədə əl qumbarası partladılıb

qumbaraÖtən gecə Gəncədə iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən insident baş verib.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, Elbrus Allahverdiyev küçəsində (Abbas Səhhət yaşayış massivi) yerləşən çayxanada şəhər sakinləri, 1972-ci il təvəllüdlü Məhərrəm Əhmədovun əlindəki “F-1” tipli qəlpəli əl qumbarasının partlaması nəticəsində özü və qardaşı oğlu, 1985-ci il təvəllüdlü Taleh Əhmədov hadisə yerində ölüblər. M. Əhmədovun oğlu, 1998-ci il təvəllüdlü Nəriman Əhmədov, qardaşı oğlu, 1994-cü il təvəllüdlü Orxan Mirzəyev və 1975-ci il təvəllüdlü Sadiq Əhmədov müxtəlif qəlpə yaraları ilə Abbas Səhhət adına xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, hadisə mübahisə zəmində baş verib.  Qarşı tərəfdən mübahisədə iştirak edən bir neçə nəfər saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda başlanıb.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: albuterol inhaler

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.