Müsahibə, ZZ-Manşet

“Gənə xəstəliyi kuperoza təkan verən amildir”

kuperoz

Kuperoz  damar mənşəli dərinin problemidir. Bu barədə GSR.fm-ə müsahibə verən dermatakosmetoloq Jalə Həsənova bildirib ki, kuperoz üz dərisində və ya bədən dərisində kapilyarların çoxalması nəticəsində dəriyə qırmızı fon verən xəstəlikdir:

“Adətən, xanımlarda, nadir hallarda isə kişilərin yanaq nahiyəsində həddindən artıq qızartı görülür. Bu, kuperozun ilkin əlamətidir. Kuperozun yaranmasına səbəb dəri xəstəlikləri ola bilər. Məsələn, dəridə gənə xəstəliyi kuperoza təkan verən əsas amil sayılır. Çünki gənə xəstəliyi zamanı dəridə iltihabdan əlavə, qırmızılıq da əmələ gəlir. Kuperozun digər səbəbi qan damar sistemində olan qeyri-iltihabi xəstəliklərdir. Bu zaman xırda kapilyarlar çoxalmağa başlayır və kuperozla nəticələnir. Eyni zamanda kollogenoz adlı xəstəlik var ki,  o da kuperozun yaranmasına təkanverici amildir. Kuperoz olan insanlar mütləq bu xəstəliyi  müalicə etməlidirlər. Çünki bu, artan bir şeydir və öz-özünə düzəlmir. Yayılaraq böyüməyə, dərinin bir hissəsindən başqa hissəsinə keçməyə meyl edir. Kuperoz olan insanlar həm  medikamentoz müalicəyə, həm də dərinin kosmetik müalicəsinə müraciət etməlidirlər. Medikamentoz müalicə daxili problemləri aradan götürür. Kosmetik müalicə isə prosedurlar şəklində olur və lazer cilalanması vasitəsilə problemi aradan qaldırır”.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.