Cəmiyyət

“Geyim bazarına nəzarət zəifdir”

Bakı sakini Nərmin Vəliyeva ucuz geyim məhsullarının insan səhəti üçün təhlükəli olduğunu düşündüyündən, keyfiyyətinə əmin olduğu bahalı geyimləri almağa üstünlük verdiyini deyir. Lakin onu da iddia edir ki, bəzi geyim mağazalarında brend adı altında  keyfiyyətsiz və saxta məhsullar da satılır.

Nərmin Vəliyeva

Marka bir dükandan alırsan, onları yuyanda o köynəyin ətəyi əyində burulur. Yəni düz saxlamaq olmur, ütülədin də, neylədin də olmur. Yazısı onun solur, eləyir. Ola bilsin o marklar təzə açılanda o insanları yığmaq üçün yaxşı, keyfiyyətli mallar istehsal eləyirlər, amma biraz keçəndən sonra uje zayları çıxır hamısının. 

Məsələyə münasibət bildirən Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə deyir ki, sözü gedən problemlə bağlı yeganə şikayətçi Nərmin xanım deyil. Onun çalışığı quruma tez-tez bu barədə şikayətlər daxil olur. Bu səbəbdən bu il ərzində aparılan nəzarət tədbirləri nəticəsində 34-ə yaxın müəssisədə saxta, keyfiyyətsiz və standartlara uyğun olmayan müxtəlif geyim məhsulları aşkarlanaraq satış bazarından çıxarılılb. Keyfiyyətsiz məhsulların satışının bu qədər geniş yayılmasının səbəbini isə Fazil bəy belə izah edir:

Fazil Talıblı:

Heç bir ölkə qaçaqmalçılıqla tam mübarizə aparıb deyə bilməz. Bizim ölkə də tam sığortalanmayıb qaçaqmalçılıqdan. Bu gün milyonlarla insan xaricə səfər edir və qayıdarkən özləri ilə müxtəlif məhsullar gətirirlər. Bilinmir özləri üçün istifadəsi üçün və yaxud satmaq üçün. Bütün bunlarla mübarizədə  bazara nəzarət edən qurumları aparıcı rol oynayır.

Həmçinin Fazil bəy qeyd edir ki, hazırda satışda olan keyfiyyətsiz məhsulların böyük əksəriyyətini təhlükəsizliyi heç bir qurum tərəfindən yoxlanılmayan Çin istehsalı olan geyimlər təşkil edir.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev istehlak bazarında mütəmadi olaraq dövlət nəzarət tədbirlərinin həyata keçirildiyini bildirsə də, bu sahədə hələ də bəzi problemlərin mövcud olduğunu inkar etmir.

Abbas Əliyev

 Biz bu il ərzində apardığımız monitorinqlərdə də bəzi hallarda qarşılaşmışıq əmtəə nişanının təqlidi və saxta mal satışı ilə. Həmin mallar dövlət xidməti tərəfindən satışdan çıxarılıb və qanuna müvafiq tədbirlər görülüb. Yəni saxta mallar satışdan çıxarılaraq məhv olunub.

Nazirlik rəsmisi, aldıqları məhsuldan razı qalmadıqları halda alıcıların 14 gün ərzində həmin məhsulu qaytarmaq və ya dəyişmək hüquqlarının olduğunu deyir və bu sahədəki problemlərin həlli üçün istehlakçıların hüquqlarını bilməsini vacib şərtlərdən sayır. O, eyni zamanda bildirir ki, belə problemlərlə qarşılaşan alıcılar Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində fəaliyyət göstətən 012-498-15-01 və 012-498-15-04 nömrəli qaynar xəttə, eləcə də İqtisadi İnkişaf  Nazirliyinin 195-2 məlumat mərkəzinə müraciət də edə bilərlər.

Bəs görəsən şəhər sakinləri öz istehlakçı hüquqlarından xəbərdardırlarmı? Aldıqları məhsuldan razı qalmadıqda onlar nə edirlər?

Sorğu:

Mağazadən alandan sonra, etiketi qırılandan sonra qaytarmaq olmaz paltarı. O da uje (artıq) ilk dəfə geyindim yuyulanda artıq getdi rəngi. Fso (bitdi) heç nə eləmədim məcbur oldum, onu evdə geyinməyə.

Əgər açdınsa, birkasın (etiketin) açdınsa, onlar qaytarmırlar, ancaq açmamış qaytara bilərlər.

Onu düzün deyim ki, heç mən onu yəni  bilməmmişəm ki, onu qaytarmaq olar və ya qalıb evdə heç o barədə düşünməmişəm ki, aparım qaytarım.

Azad İstehlakçılar Birliyinin sədri  Eyyub Hüseynovun fikrincə, mağazalarda xarici ölkə istehsalı olan keyfiyyətsiz məhsullara rast gəlinməyinin əsas səbəbi ölkənin əmtəə bazarına nəzarətin zəif olmasıdır. Eyni zamanda ölkəyə gətirilən geyimlərin sərhəddə heç bir tibbi ekspertizadan keçmədiyini bildirən Eyyub bəy bu fürsətdən işbazların lazımınca faydalandığını bildirir.

Eyyub Hüseynov 

Qanunlar belə qurulub ki, onlar (m. gömrük) o malı ekspertiza etməli deyillər. Sənədlər yazılmalıdır ki, o sənədlər əsasında gömrük baxışından keçsin və buraxırlar. Xaricdə də sənədlər əksər hallarda necə deyərlər Azərbaycanın maraqlarına uyğun yazılır, biznes qurumları buna nail olur və gömrük orqanları yoxlayıb sənədlərini buraxırlar.

Sədərək Ticarət Mərkəzində geyim satışı ilə məşğul olan adı çəkilməyini istəməyən sahibkar deyir ki, onlar xaricdən ölkəyə mal gətirərkən daşınma və sənədləşmə işlərini karqoya həvalə edirlər.

Sahibkar

Maqazindən malı aldın, dükan sahibinə deyirsən ki, mənim malımı göndər filan karqoya, göndərirlər karqoya. Vururlar qiyməti nədisə, ona sənəd yazılır- fiş. Orada da kopya qalır- İstanbulda, bir də şoferə verirlər kopyanı. Gəlirlər burda gömrükdə yoxlanılır. Birinci gömrükdən o keçməlidir, bəyannamə yazılmalıdır ki, bu mal nə malıdır. Gəlir burada da karqo çatdırır sənə ki, malın gəlibdir. Bizim işimiz yəni ondan ibarətdir ki, biz pulumuzu verdik, malımızı aldıq. 

Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov bildirir ki, istər ərzaq, istərsə də qeyri-ərzaq məhsullarının idxalı zamanı sərhəddə heç bir ekspertiza işləri aparılmır. Sərhəddə yoxlanış zamanı yalnız istehsalçı və idxalçı şirkət arasında imzalanan sənədlər əsas götürülür. Amma çox vaxt sahibkarlar sərhəddəki bu cür sənədləşmədən və vergidən yayınmaq üçün malları öz istifadələri üçün gətirdiklərini bildirərək burada qanunsuz satışla məşğul olurlar.

Sevgim Rəhmanov

Bunun qarşısını almaq üçün bir yolu var: ya istehsal edən, ya idxal edən şirkət mağazalara mal verəndə hesab faktura ilə mal verməlidirlər və bu hesab faktura mağazada qalır, istehsalçı və ya idxalçı tərəfindən qeydə alınır. Bu gün əfsuslar olsun ki, bu qaydalar tamamilə pozulur. Mağazalarda satılan malların 70-80%-inin sənədləşdirilmə aparılmır. Bu qaydalar pozuntusu da gətirib belə bir hallara çıxarır.

Məsələ ilə bağlı Dövlət Gömrük xidməti ilə əlaqə saxlayıb onların da münasibətini öyrənməyə çalışsaq da cəhdlərimiz bir nəticə vermədi.

Sevgim Rəhmanovun sözlərinə görə isə bu sahədəki ən böyük boşluq Ticarət Haqqında Qanunun olmamasıdır. Vahid qanun qəbul edilmədikcə ölkəyə gətirilən zərərli, keyfiyyətsiz məhsulların qarşısını almaq mümkün olmayacaq.

Sevgim Rəhimov

Ən böyük Azərbaycanda çatışmamazlıq ticarət qanunun olmamasıdır. Mağaza açılırsa, onun açılması üçün lisenziya verlirsə, onun alınması (əlindən alınması) qaydaları da orada öz əksini tapmalı idi. Üç dəfə, dörd dəfə həmin qaydaları pozarsa, fəaliyyət lisenziyası əlindən alına bilər. Əfsuslar olsun ki, Azərbaycanda bu yoxdur, ancaq xətalar məcəlləsi ilə onlar cərimələnir, bu cərimələr isə elə bir cuzi rəqəmdədir ki, böyük şirkətlər o cərimələri ödəməyə hazırdırlar, amma o fəaliyyətlərindən də geri qalmırlar.

 

Öncəki xəbərNövbəti xəbər

8 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: viagra for sale

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.