Sosial, ZZ-Manşet

“Gəzən kitabxana III” layihəsinə start verilir

gencler idman naziriGənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) “2016-cı il Avropa Gənclər paytaxtı” çərşivəsində Gəncə şəhərində və “Şəmkir Gənclər Paytaxtı 2016” çərşivəsində Şəmkir rayonunda “Gəzən Kitabxana III” adlı layihənin həyata keçirilməsinə start verir.
Nazirliyin mətbuat xidmətindən GSR.fm-ə verilən məlumata görə,  10 oktyabr 2016-cı il, saat 11.00-da Gənclər və İdman Nazirliyinin inzibati binasının qarşısından start götürəcək layihənin həyata keçirilməsində məqsəd gənclərin kitab oxumağa olan marağının artırılması, onların təmənnasız olaraq kitab və elektron kitab vəsaitləri ilə təmin olunmasından ibarətdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə açılışı həyata keçirilmiş “Gəzən kitabxana” layihəsi 2013-2014-cü illər ərzində uğurla reallaşdırılmış, minlərlə oxucu kütləsini əhatə edib.
“Gəzən kitabxana” layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada beş min kitab və on min elektron nəşr var. Kitabxanada oxucuların işini asanlaşdırmaq məqsədi ilə xüsusi proqramda nəşrlərin elektron kataloqu da yerləşdirilib. Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada dörd (azərbaycan, rus, ingilis və türk) dillərdə nəşrlər mövcuddur. Kitabxana iki ədəd noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz olunub.
Burada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, jurnalistlərin, siyasi icmalçıların əsərləri, bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar və elektron vəsaitlər nümayiş etdirilir.
Artıq bu gündən etibarən ilin sonuna qədər “Gəzən kitabxana”nın zənginləşdirilmiş kitab fondu, həmçinin yenilənmiş elektron kitab bazası ilə birgə Gəncə şəhərinə və Şəmkir rayonuna səfəri nəzərdə tutulur.
“Gəzən kitabxana III” layihəsinin yola salınmasını Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov həyata keçirəcəkdir.

Öncəki xəbərNövbəti xəbər

6 şərh

  1. Have you ever thought about adding a little bit more than just your articles?

    I mean, what you say is valuable and everything.
    But just imagine if you added some great pictures or
    videos to give your posts more, “pop”! Your content
    is excellent but with images and clips, this website could undeniably be one
    of the very best in its field. Superb blog!

  2. Greetings! I know this is kind of off topic but I was wondering which blog
    platform are you using for this website? I’m getting tired of WordPress because I’ve had problems with hackers and I’m looking at options for another platform.
    I would be awesome if you could point me in the direction of a good platform.

  3. Having read this I thought it was very enlightening.
    I appreciate you finding the time and energy to put this information together.
    I once again find myself spending a lot of time both reading and posting comments.
    But so what, it was still worth it!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.