Cəmiyyət, GSR fm, Reportaj, ZZ-Manşet

“Görüntüsü yaxşıdırsa, dadı da yaxşı olur”

Fast foodlar insanların küçədə müxtəlif kafe və restoranlardan alıb yedikləri, hazırlanması tez başa gələn yeməklərdir. Belə yeməklərə isə münasibət birmənalı deyil. Şəhər sakinləri niyə məhz fast foodlardan istifadə etdiklərini açıqlayırlar:

­- Fast foodların sağlamlığa ziyanı  müəyyən qədər eşitmişik.  Tez hazırlanan bir yemək kimi, yəni qəlyanaltı kimi. Başqa variantımız yoxdur. Qiymətləri də münasibdir.

– Ən  çox hazırlıqlardan çıxanda, vaxtım az olanda, başqa hazırlığa gedəndə. Vaxt az olduğu üçün onu yemək daha asan olur.

– İstifadə edərkən daha çox onun gigiyenik dərəcədən nə qədər təmiz olduğuna baxmaq istəyirik.

-Hazırlıqda olduğum vaxtı, yəni həmin dönəmdə  vaxt az olduğu üçün alıb yeyirəm. Ziyan olduğunu bilirəm, amma yenə də vaxt az olduğu üçün məcburam.  

Qida rasionunda meyvə və tərəvəzlərin olmasının vacibliyini vurğulayan diyetoloq Səlim Əhədov isə fast foodların insan orqanizminə təsirləri barədə danışır:

– Fast food yeməklər daha çox karbohidratla zəngin olur. Ona görə də kökəlməyə, şişmanlamağa, artıq çəkiyə və şəkərli diabet kimi problemlərə səbəb olur. İkincisi onlar adətən duzla və yaxud da digər əlavələrlə zəngin olur, çünki onların saxlanması üçün duz miqdarı yüksək olmalıdır. Bu da istər-istəməz yüksək təyziqə səbəb olur.  

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenasının müdiri İmran Abdullayev isə 2016-cı ilin ilk 4 ayı ərzində məhz fast fooddan zəhərlənmə qeydə alınmadığını bildirib:

– Fast food yeməkləri tez hazırlanan və tez istehlakçıya verilən yeməkdir. Bir yemək də ki, tez hazırlanırsa təbii olaraq, onun tərkibində, bişirilməsində, emalında müəyyən çatışmazlıq var.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə, qidanın keyfiyyətindən əmin olmağın yolları barədə məlumat verir. O düşünür ki, ayaqüstü yeməklər, dönərxanalar şəbəkəsi insanlara təhlükəli ərzaq mallarının verildiyi yerdir:

– Çox təəssüf olsun ki, bundan ən çox gənclər istifadə edir. İstehlakçının hüququ var, istənilən malın istənilən sənədini tələb etsin. Satıcı isə onu göstərməyə borcludur və onun gigiyenik sertifikatını, mənşəyi sertifikatını tələb etmək hüququna malikdir. Lakin nə etmək olar Azərbaycanda çox sayda malların heç ümumiyyətlə sertifikatı yoxdur.


Hazırladı: Tamam Süleymanova

Öncəki xəbərNövbəti xəbər