Cəmiyyət, ZZ-Manşet

“Güllərimiz tökülüb qalıb”

26 ildir ki, gül əkməklə məşğul olan Mərcan Əliyeva Maştağa qəsəbəsində istixanada çalışır. O deyir ki, bu  işə maraq onda uşaqlıq vaxtlarında yaranıb. İşini sevərək görən Mərcan xanım bu işin sirlərini onunla birgə çalışanlara öyrətdiyini söyləyir.

Eyni zamanda qəhrəmanımız bildiklərini bizimlə də bölüşür.

Mərcan xanımın sözlərinə görə, gül ştilləri bir neçə ölkədən gətirilir. Qiymətlər ştillərin gətirildiyi ölkələrdən və növlərindən asılı olaraq dəyişir. Yetişən güllər isə Bakıya, Bakı ətrafı kəndlərə, Mingəçevir, Lənkəran, Gəncə, Əli Bayramlı və s. bölgələrə göndərilir.

Mərcan Əliyeva:                     

1988-ci ildən məşğulam. Elə vaxt olurdu günə 25 min, 30 min ştil əkirdim. Bir günə lap aşağısı əkdiyim 20 min idi.  Parnikə baxırdı. Bir də baxırdın parnik böyükdü. Çox gedirdi. Bir də görürdün az gedirdi. Ən aşağı parnik on min tuturdu. Elə parnik var  25 min gedirdi, elə parnik də var 40  min gedirdi. Xaricdən gəlir. Ekvador rozaları olur, vendella olur, feredom olur, rudnik olur.İtaliyadan, Türkiyədən,  İsraildən, Hollandiyadan. İtaliyadan alanda biraz baha gəlir, Türkiyədən alanda isə ucuz gəlir.

Həmsöhbətimiz bizə güllərin əkilmə və sulanma qaydasından da danışır.

Mərcan Əliyeva:

Kakoslara əkirik, kakosları suluyuruq. Sonra qərənfilləri əkirik. Ancaq avtomatla sulayırıq.  Elə bil orda dəqiqə var. Onu dəqiqə ilə qoyuruq, sulanır və özü avtomatik sönür.

Mərcan xanım deyir ki, güllərin yaxşı yetişməsi üçün istiliyin olması vacibdir. Lakin qaz baha başa gəldiyi üçün gülləri günəş şüası ilə isitməyə məcbur olurlar.

Mərcan Əliyeva:

Qaz sistemi ilə eləbil ki, ekonomiçski (qənaətcil) katyollardı yığılır. Lazım olanda qazı veririk, lazım olmayanda vermirik. Qaz bir az çox baha başa gəlir də ,çox həddindən artıq. Qaz olmayanda heç nə. Yanlarını açırıq, günəş şüası ilə isidirik.

Qəhrəmanımızın sözlərinə görə, güllər bəzən xəstəlik tuta bilər. Bunun üçün onları mütəmadi olaraq dərmanlamaq lazımdır.

Mərcan Əliyeva:

Görürsən,yayda xəstəlik tutur. Kleş tutur onları. Sonra görürsən cücü basır onları. Xəstəlik tutanda vaxtında üstünə düşsən, qarşısını alırsan. Düşməyəndə ala bilmirsən. Kleş dərmanı olur, cücüyə görə dərman olur. Xırda qurd-quş gəlir onlara qarşı hamısı olur.

Mərcan xanım alıcılıq qabiliyyətinin aşağı olmasını da vurğulayır. Belə olduğu halda isə onlar gülləri tullamaq məcburiyyətində qalırlar.

Mərcan Əliyeva:

Bir də görürsən bazar olmayıb, məsələn, tələbat olmayıb aparmayıblar. Güllərimiz tökülüb qalıb, aparan olmayıb da elə bil sonra da tullamışıq gedibdi.

 Qeyd edək ki, hər il May ayının 10-u Azərbaycanda Gül bayramı kimi qeyd edilir.Bayramla əlaqədar olaraq ölkəyə dünyanın müxtəlif ölkəsindən bir  milyona yaxın gül gətirilir. Amma güllərin gətirilməsinə sərf olunan məbləğ barədə dövlət orqanları tərəfindən heç bir rəsmi açıqlama verilmir.

 

 

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.