Reportaj, ZZ-Manşet

Gürcüstan paytaxtında “Tbilisoba” bayramı keçirilir

15-16 oktyabr taxirlərində Gürcüstanın paytaxtı Tbilisidə  ənənəvi “Tbilisoba” (“Tbilisi Günü”) bayramı keçirilir.

GSR.fm xəbər verir ki, 1979-cu ilin oktyabr ayından qeyd edilən Tbilisoba bayramı zəngin proqramla iki gün gecə saat 24.00-dək davam edir. Bayram tədbirləri çərçivəsində Tiflisin müxtəlif yerlərində yarmarkalar, konsertlər, idman tədbirləri, avtomobil yarışları, retro avtomobillərinin nümayişi, uşaqlar üçün musiqi nömrələri təqdim olunur.

Qeyd edək ki, bayram mərasimi Gürcüstan Mədəniyyət Nazirliyinin və Tbilisi meriyasının təşkilatçılığı ilə təşkil olunur.

GSR.fm həmin mərasimdən foto və video materialı təqdim edir.


Hazırladı: Duyğu Qasımlı

Öncəki xəbərNövbəti xəbər