Müsahibə, Siyasət, ZZ-Manşet

“Gürcüstanda seçkilərin çox gərgin keçəcəyi gözlənilir”

gurcustan-570x360“Gürcüstanda seçkilərin çox gərgin keçəcəyi gözlənilir”

Sabah Gürcüstanda Parlament seçkiləri keçiriləcək. Bu barədə GSR.fm-ə politoloq Qabil Hüseynli müsahibə verib. O, bildirib ki, hazırki seçkilərdə daha çox azərbaycanlı iştirak edir:

“Hazırda fəaliyyətdə olan Gürcüstan parlamentində iki azərbaycanlı deputat, budəfəki Parlament seçkilərində isə təxminən yeddiyə qədər azərbaycanlı Parlament seçkilərində iştirak edir. Onların üçü Gürcüstan Milli Hərəkat Partiyasından, digər dörd nəfər isə Gürcü Arzusu blokundan seçkilərə qoşulub”.

Müsahib seçkilərin gərgin keçecəyi barədə də danışıb. O buna səbəb kimi Gürcüstanın keçmiş prezidenti Sakaşvilinin partiyasının seçkilərdə qələbə qazanmaq ehtimalının olduğunu göstərib:

“Rəy sorğuları Milli Hərəkat Partiyasının öndə olduğunu göstərir. Bu günlərdə isə onlar Tbilisidə çox böyük mitinq keçiriblər, özlərinin dediyinə görə, mitinqdə iki yüz min adam iştirak edib.  Hər halda Gürcü Arzusu bloku ilə Sakaşvilinin Milli Hərəkat Partiyası arasında çox ciddi qarşıdurma var. Hətta, Gürcüstan Milli Hərəkat Partiysından olan deputatlardan birinə qarşı terror hərəkatı təşkil edilib. Terror hərəkatının nəticəsində 5 nəfər yaralandı. Hakimiyyət bunu Milli Hərəkat Partiyasının özünün təşkil etdiyini iddia edir. Amma, əslində deputat özü bunu edə bilməz. Seçki ərəfəsində vəziyyət kifayət qədər gərgindir. Başqa dövlətlərin bu proseslərə hiyləgər müdaxiləsi olmasa, seçkilər də, şəffaf və ədalətli keçirilsə, Gürcüstanda yeni bir situasiyanın yaranmasının şahidi ola bilərik”.

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.