İqtisadiyyat, ZZ-Manşet

Gürcüstandan Azərbaycana avtomobil ixracı 53% azalıb

masin-dayanacaqBu ilin yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana 182 129,1 min dollar dəyərində 13 790 minik avtomobili ixrac olunub.

GSR.fm APA-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 461 avtomobil və ya 52,8% azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 32,8% azalıb.

Qeyd edək ki, bu ilin 8 ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 48,2% təşkil edib. Ölkənin bu kateqoriyadan olan ümumi ixracında isə Azərbaycanın xüsusi çəkisi 39,4% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana 378 113,6 min dollar dəyərində məhsul  ixrac edilib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.