İqtisadiyyat, ZZ-Manşet

Güzəştli kreditləşmə 129 milyon manata çatıb

kreditSKMF bu il üçün nəzərdə tutulmuş maliyyələşdirilmə planının 46%-ni yerinə yetirib.

2014-cü ilin yanvar-iyun ayları ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2632 sahibkara 129 milyon manat güzəştli kredit verilib.

GSR.fm Oxu.az-a xəbər verir ki, bu barədə məlumatı İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidməti yayıb.

“Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6000-ə yaxın yeni iş yerlərinin yaradılmasına imkan verib”, – fondun icraçı direktoru Şirzad Abdullayev deyib.

Xatırladaq ki, SKMF 1992-ci ildə yaradılıb. Kreditlərin verilməsi zamanı fondun agenti olaraq 46 bank və qeyri-bank kredit təşkilatları çıxış edir. 2013-cü ildə fond 275 milyon manat kredit ayırıb. 2014-cü ildə isə fond 280 milyon manat məbləğində kredit verməyi planlayır.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.