Apardığımız araşdırma nəticəsində məlum oldu ki, intiharla bağlı rəsmi statistik məlumatlar aparılmır. “Təmiz Dünya” İctimai Birliyinin qəzet və saytlarda gedən informasiyalara əsasən apardığı monitorinqə görə, 2010-cu ildə 373 nəfər intihar edib. Onların 107 nəfəri 14-25 yaş arasındakı gənclər olub.
“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Azərbaycanda bu sahədə tədqiqat aparılmadığını deyir:
Mehriban Zeynalova:
– Jurnalistlər bəzi hallarda nəsə yazırlar, amma səhv olur. Amma geniş maştabda səbəblər araşdırıla, monitorinq aparıla, gedə o ölüm faktlarıyla, ailələrlə görüşülə, belə bir tədqiqat aparılmayıb.
Mütəxəssislər isə hesab edir ki, gənclər arasında özünəqəsdin başlıca səbəbləri sevgidə və ya təhsildə uğursuzluq, ailədaxili problemlər, işsizlik, borc aslılığı, psixoloji problemlərdir.
Psixoloq Dəyanət Rzayev tamamilə fərqli bir nüansa toxunaraq gənclərin intiharına ilkin səbəb olaraq onların təzyiq altında olmasını göstərir. Xüsusilə də, universitetə hazırlıq mərhələsində.
Dəyanət Rzayev
– Bir qız özünü atmışdı 7-ci mərtəbədən. Sınağa gedəndə anası deyib ki, ona 500-dən aşağı yığsan evə gəlmə. Təbii ki, belə bir təzyiqlər gənclərə, məsələn- mütləq ali məktəbə daxil olmalısan, diplom almalısan, camaat nə deyər bu hamısı emosional gərginlik yaradır insanda.
Dəyanət Rzayevin sözlərinə görə, intihara gətirib çıxaran digər səbəb gənclərin özlərini maddi baxımdan daha imkanlı həmyaşıdlarıyla müqayisə etməsidir.
Mehriban Zeynalova isə ailədaxili zorakılığı intiharın başlıca səbəbi kimi qeyd edir.
Mehriban Zeynalova:
– Hesab edirik ki, əksər səbəblər zorakılığdan irəli gələn məsələdi. Yəni bu cəmiyyətdə və daha çox ailədə münasibətlərin gərginliyi gətirib ona çıxarır ki, intihara çatdırırlar.
Ekspertlər bildirir ki, özünəqəsd hadisələrində fəsil amilinin böyük rolu var . Xüsusilə, yaz aylarında- “qanın qaynadığı ” vaxt insanlar intihara daha çox meylli olurlar. Psixoloqlar bunu bədəndə gedən biokimyəvi proseslərlə bağlayırlar. Belə ki, həmin proseslər birbaşa insanın psixikasına təsir göstərir ki, bu da intihara gətirib çıxara bilir.
Dəyanət Rzayev deyir ki, depressiya əleyhinə preparatlar depressiyanı, həyəcanı aradan götürməklə yanaşı, həm də qorxu hissini yox edir. Nəticədə, insan özünü qoruma instiktini itirir və intihar etməkdən belə çəkinmir.
Bəs psixoloji problemlərdən irəli gələn intihara cəhdlərin azalması üçün nə etmək lazımdır?
Dəyanət Rzayev:
– Azərbaycanda bu günləri lazımdı psixi təhlükəsizlik haqqında qanun, psixi sağlamlıq haqqında qanun lazımdı, və psixi sağlamlıq inusututları yaratmaq lazımdı, mütləq. Bu olmadan boşanmalar, intiharlar belə mövzuları biz sizinlə çox danışacayıq.
Mütəxəssislər onu da vurğulayırlar ki, insanların intihara cəhd etməsinin başlıca səbəbi özünə qapanma, ürəyini heç kimə açmamaqdır ki, bundan da çıxış yolu var. İnsanlara pulsuz psixoloji yardımın göstərilməsi üçün qaynar xəttlər fəaliyyət göstərir. Bunlardan biri də Gənclər və İdman Nazirliyinin dəstəyilə yaradılan krizis telefon xəttidir ki, 012-510-66-36 nömrəsini yığaraq anonimliyinizi saxlamaq şərtilə problemlərinizi psixoloqlarla bölüşə bilərsiniz. Can bizə verilən bir əmanətdir. Əmanətəsə xəyanət etmək olmaz.
women taking viagra [url=https://viagenupi.com/#]buy generic 100mg viagra online[/url] viagra online without prescription buy generic 100mg viagra online buy viagra online https://viagenupi.com/
altogether black [url=http://www.cialisles.com/#]cialis without prescription[/url] significantly
possibility necessarily name cialis 20 mainly snow
cialis without prescription exactly person http://cialisles.com/
Dapoxetine En Ligne [url=https://cheapcialisir.com/#]Cialis[/url] Comment Obtenir Du Viagra Sans Ordonnance Cialis Mail Order Direct Stendra Website Free Shipping