Müsahibə, Sosial, ZZ-Manşet

Hadi Şəhriyar: “Şəhriyar kimi zirvə olmaq zaman istəyir”

14881454_1781146378825558_503227806_oBugün Beynəlxalq Muğam Mərkəzində şair Məhəmmədhüseyn Şəhriyarın 110 illik yubleyinə həsr olunan tədbir keçirilib. Tədbirdə iştirak edənlər arasında şairin oğlu Hadi Şəhriyar da olub.

Hazırda şairlik edən Hadi bəy GSR.fm-ə müsahibəsində indi həm Cənubi, həm də Şimali Azərbaycanda şairlərin istedadlı olduğunu, amma Şəhriyar kimi bir şairin yetişmədiyini bildirib:

“Bizim xalq həm İran, həm Azərbyacan xalqı şair xalqdır. Şeir vurğunudurlar. Ona görə də Şəhriyara münasibət təsadüfi deyil. Ustad Şəhriyarın vaxtında deyirdilər ki, Şimali Azərbaycanın Bəxtiyarı, Cənubi Azərbaycanın Şəhriyarı var. Hazırda da gənc, istedadlı şairlər yetişir. Şəhriyar kimi zirvə olmaq isə zaman istəyir. Bu xalqda belə istedad var”.

Hadi bəy, Bakı haqqında təəsüratlarını bölüşüb. O bildirib ki, Bakı köhnəlməyən əsərdir:

“Mən Bakıya 15 dəfə gəlmişəm. İlk səfərim 1993-cü ildə olub. Eyni təsəvvür elədiyimiz gözəl şəhərdir. Biz “Arşın mal alan” və “Məşhədi İbad” komediyalarına çəkilmiş filmlərə baxaraq, Bakını təsəvvür edə bilirdik. Ancaq yeni Bakı keçmişini, adətlərini saxlayan Avropa strukturludur. Burada adam hər şey tapa bilər. Məncə buradan başqa şəhəri görməyə ehtiyac yoxdur. Başqa ölkələri, şəhərləri görmədiyimə görə peşman deyiləm. Mən gözəlliyi Bakıda görə bildiyim halda başqalarına heç bir ehtiyacım olmayıb”.

 

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: doctor7online.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.