Sosial, Xəbərlər, ZZ-Manşet

Hamilə qadın telefonla danışdığı zaman ölüb

hamile

Tovuzda ölüm fakt qeydə alınıb.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, bu gün rayonun Əyyublu kənd sakini 1992-ci il təvəllüdlü Aytən İsmayılova Tovuz rayon Mərkəzi rayon xəstəxanasına aparılıb.

Müayinə zamanı onun öldüyü məlum olub. Yaxınları A. İsmayılovanın telefonla danışdığı yerdə dünyasını dəyişdiyini bildiriblər. Məlumata görə Aytən İsmayılova iki övlad anası, 3-cü övlada isə 6 aylıq hamilə olub.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.