Sosial, Xəbərlər, ZZ-Manşet

Hava sabahdan kəskin pisləşəcək

qar

Bakı və Abşeron yarımadasında dekabrın 14-də hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi,  gün ərzində arabir yağış yağacağı gözlənilir. Axşam sulu qara, qara keçəcəyi, çovğun olacağı ehtimalı var.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, temperaturun anomal gedişi gözlənilir, gecə və səhər 5-7°, gündüz 1-4° isti, Bakıda gecə və səhər 5-7°, gündüz 1-4° isti olacaq.

Atmosfer  təzyiqi 756 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət  80-90 %  təşkil edəcək.

Təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlığa əsasən, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra dekabrın 14-15-də Bakıda və Abşeron yarımadasında  hava şəraitinin kəskin dəyişiləcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir intensivləşəcəyi, 14-də axşam, 15-də çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10° aşağı enəcək. Yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji xəbərdarlığa əsasən, dekabrın 14-15-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda soyuq diskomfortlu və yağıntılı hava şəraiti meteohəssas insanlar üçün çox əlverişsizdir. Uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə və gündüz 3-8° isti, dağlarda gecə  və gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Dekabrın 14-15-də ölkə ərazisində hava şəraitinin kəskin dəyişiləcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10° aşağı enəcək. Yollar buz bağlayacaq.

Öncəki xəbərNövbəti xəbər