Sosial, ZZ-Manşet

Havanın hərarəti 33 dərəcəyə yüksələcək

gunesli_havaİyunun 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 17-21 dərəcə isti, gündüz 25-30 dərəcə isti, Bakıda gecə 18-20 dərəcə isti, gündüz 27-29 dərəcə isti olacaq.

İyunun 5-də Azərbaycanın rayonlarında – əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 17-22 dərəcə isti, gündüz 29-33 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.