Siyasət, Xəbərlər, ZZ-Manşet

HDP fəaliyyətini bərpa etməyə qərar verib

hdp-parti-logosu-orginal-hali

Türkiyədə Xalqların Demokratik Partiyası (HDP) parlamentdə fəaliyyətini bərpa etmək barədə qərar verib.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün Ankaranın Kartal meydanında keçirilən aksiyasında HDP-nin İstanbul rayon təşkilatının həmsədri Doğan Erbaş açıqlayıb.

D. Erbaş partiya rəhbərliyində aparılan son müzakirələrdən sonra Türkiyə Böyük Millət Məclisində fəaliyyətlərini bərpa etmək, parlamentdə daha fəal iştirak etmək barədə qərar verildiyini bildirib.

Qeyd edək ki, noyabrın 6-da HDP Türkiyə parlamentində fəaliyyətini dayandırıb. Buna səbəb terror fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində partiyanın iki həmsədri də daxil olmaqla, HDP-nin 10 deputatının həbs edilməsi olub.  HDP  Türkiyə Böyük Millət Məclisində deputatlarının sayına görə üçüncü partiyadır.

Öncəki xəbərNövbəti xəbər