Müsahibə, Sosial, ZZ-Manşet

“Heç bir qadın öldürülməməlidir”

1031383_620x413

Son zamanlar Azərbaycanda qadın cinayətlərinin sayı artıb. Bununla əlaqədar, sosial şəbəkələrdə #qadinqetillerineson başlığı altında “hashtag” açılıb.

GSR.fm-ə müsahibəsi zamanı “Təmiz Dünya Qadınlara yardım İctimai Birliyi” nin sədri Mehriban Zeynalova bildirib ki, bhəbsxanaları doldurmaq məsələnin həlli deyil”

“Qadına şiddətin səbəbləri çoxdur. Lakin əsas səbəblərdən biri ailə münasibətlərində qarşılıqlı hörmətin mövcud olmaması, qadının kifayət qədər bərabərhüquqlu ola bilməməsi, müəyyən steorotiplərin kəskin formada ortada görülməsi, dini amillər çərçivəsində idarəçiliyin artmasıdır. Bunların arasında qız uşaqlarının erkən yaşda ərə verilməsi , əxlaqi dəyərlərin qabardılması, insana hörmət hissinin kənara atılması və  bu hörmət hissində qadının yerinin və rolunun kifayət qədər  müəyyən olunmamasıdır. Müşayiət edirik ki, boşanan qadınlara münasibət, onların əxlaqsızlıqla ittiham edilməsi, sosial problemlərinin həll olunmaması, alimentlərin vaxtında ödənilməməsi də bu məsələlərin fonunda durur. Bu günləri psixoz vəziyyətdə olan kişilər komplekslərinin həllini qadını öldürməkdə görürlər.  Bütün ittihamlar qadına yönəldilib. İdeal insan yoxdur və ola bilər ki, müəyyən qüsurlar olur. Lakin bu qüsurun müqabilində qadının öldürülməsi vəhşilik, psixi vəziyyətin kəskin halda olmasıdır. Hər hansı xırda bir qüsura görə qadının ittiham edilməsi, döyülməsi, uşaqlarının qarşısında alçaldılması, öldürülməsi qadına qarşı olan münasibətin bariz nümunəsidir. Əksər hallarda ailə münasibətlərinin insan hüquqlarına aidiyyatı olmadığını deyirlər. Amma ölkədə məişət zorakılığının qarşısının alınması haqqında qanun var və bu qanun birbaşa göstərir ki, ailədə baş verən hadisələr təkcə ailənin yox ,dövlətin məsələsidir. Bizim aksiyamızın əsas məsələsi dövlətin bu məsələyə kifayət qədər diqqətinin ayrılması və müəyyən xidmət paketlərinin təkmilləşdirilməsi ilə bağlıdır. Heç bir qadın öldürülməməlidir.

Birliyin sədri həmçinin, bu vəziyyətdə sosial işçilərin köməyindən də danışıb. O bildirib ki, ailə münasibətləri ilə bağlı gərginlik varsa sosial işci vəziyyəti qiymətləndirməlidir:

“Biz düşünürük ki, buna görə sosial işçi probleminin gündəmə gəlməsi önəmlidir. Ölkədə sosial işçi yetiştirən bir neçə universitetlər var. Bu sosial işçilər adətən universiteti bitirib tamamilə ayrı sahəyə yönəlirlər. Halbuki, onlara kifayət qədər ehtiyyac var. Sosial işcilər lazımdır ki, evlərə təqdim edilsin. Ailə münasibətləri ilə bağlı gərginlik haqqında polisdə hər hansı bir informasiya varsa sosial işci vəziyyəti qiymətləndirib əlaqədar qurumlara məlumatı göndərsin. Bu məlumatları göndərdikdən sonra xüsusi qurumlar ora psixoloq təyin etməlidir və yaxud aqresiya ilə bağlı məcburi psixoloji mərkəzləri açdıqdan sonra həmin yerə istiqamətləndirməlidir.  Bu gün ölkədə evlilik zamanı məcburi tibbi sığorta məsələsini ortaya qoyuldu və bəlli oldu ki, kifayət qədər HİV, hepatit və digər xəstəlikləri daşıyan insanlar var ki, qarşı tərəfə bu haqda məlumat vermir. Onlar real yoluxdurucu hesab olunur. Dünyaya xəstə uşaqların gəlməsi bu məsələni məcburi etdi. Eləcə də biz təklif edirik ki, sosial işci məsələsi gündəmə gəlsin. Bu cür ailələrə sosial işcilər təqdim olunsun. Biz anlayırıq ki, həbsxanaları doldurmaq məsələnin həlli deyil. Biz cinayətin baş verməsindən qabaq bunun qarşısını almaq istəyirik”.

Mehriban xanım onu da bildirdi ki, sosial şəbəkələrdə aparılan kompaniyalara insanlar müsbət münasibət göstərib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.