GSR fm, Maraqlı, Xəbəriniz olsun, ZZ-Manşet

Həm yazıçı, həm də jurnalist olan ədiblər - Xəbəriniz Olsun

İndiyə qədər yazıçılar arasında yazıçılıqla yanaşı başqa sahələrdə də özlərini  sınayanlar  olub. Onlardan bank işçisi, fizik, riyaziyyatçı kimi çalışıb, sonradan yazıçılığa başlayanları daha çox məşhurdur. Amma siz bu yazıda yazıçılıqla yanaşı həm də jurnaslistika sahəsində uğur qazanmış dünya ədəbiyyatının nümayəndələrini tanıyacaqsınız. Bu yazıçılar arasında jurnalistikanı ömrünün axırına kimi davam etdirənlər də, bir müddətdən sonra işin ağırlığından və məsuliyyətindən tərk edənlər də olub. Bəs həmin yazıçılar kimlərdir?

markHər kəsin “Tom Soyerin macəraları” , “Şahzadə və dilənçi” kimi məşhur əsərləri ilə tanıdığı Mark Tven təkcə yazıçı kimi deyil, həm də məhşur jurnalist kimi şöhrət qazanıb.  Amerikalı yazıçı Mark Tven gənclik illərində bir çox sahələrdə çalışıb. O, 18 yaşında səyyar mürəttibliklə (mətbəədə hərfdüzən işçi) məşğul olur. Mark Tvenin jurnalist kimi tanınmasına “Saturday press” qəzeti təkan verir. Mark Tvenin jurnalistikaya həsr olunmuş  məhşur əsərlərindən biri “Mən kənd təsərrüfatı qəzetini necə redaktə edirdim” idi. Həmin əsərdə jurnalist peşəkarlığı məsələsi ortaya qoyulur, kənd təsərrüfatından başı çıxmayanların kənd təsərrüfatı qəzetini redaktə etməsi və qəzet səhifələrində bununla bağlı dərc olunmuş materiallar gülüş, özü də acı gülüş doğurur. Yuxarıda yazılanların daha da aydın olması üçün  həmin əsərdən olan və özünün redaktə etməyə çalışdığı  bu cümlələrə nəzər salaq: “Turpu əllə yığmaq olmaz. Bu, məhsulu korlayar. Ən yaxşısı budur ki, oğlan uşağını göndərəsən ağaca çıxa və ehtiyatla budaqları silkələyər”.         Mark Tven bütün ömrü boyu jurnalistikaya sadiq qalaraq  jurnalistikaya həsr etdiyi  əsərləri ilə yanaşı öz roman və povestlərində  jurnalistlər haqqında yazırdı.

daniel_defo

Növbəti jurnalist olan yazar isə ingilis ədəbiyyatında özünəməxsus tərzi və daha çox  “Robinzon Kruzo” əsəri ilə tanınan Daniel Defodur. Tədqiqatçılar Defonun jurnalistik metodlarını təsvir edərkən onu İngiltərədə ilk “xüsusi müxbir” adlandırıblar. Defoya dünya şöhrəti qazandıran  “Robinzon Kruzo” romanını mütaliə edən oxucu onun müasir jurnalsitika üçün gətirdiyi yeniliklərdən xəbərsizdir. Defo hadisə yerindən hazırlanan reportajın vacibliyini dərk edir və naşiri olduğu  “The Review” jurnalında bu janrda yazılara geniş yer verirdi. O, qəzet naşiri kimi öz rəqibləri arasında manevrlər edir,  ittihamlara qarşılıqlı olaraq cavab verməmək barəsində razılığa gəlirdi. Daniel Defo  “Flit strit” (medianın təsiri) devizlərindən birini təcrübədə ilk dəfə yoxlayan insanlardan  olub. Bu deviz “it iti parçalamır, qəzet qəzeti tənqid etmir” ideyasını təbliğ edirdi. Daniel Defo daha çox  pamflet  (sosial-siyasi ifşa xarakterli publisistik əsər)  janrında yazırdı.

jonatan_svift“Qulliverin səyahəti” əsərinin müəllifi kimi tanınan Conatan Sviftin adı da jurnalist  yazarlar arasındadır. O zamanın tələbinə uyğun olaraq Svift də jurnalistlik fəaliyyətini pamflet yazaraq inkişaf və davam etdirir. Tədqiqatçılar Sviftin pamfletlərini od püskürən vulkan, onlardakı fikiri isə əyri, şərlə dolu, qeyri-insani hər nə varsa, hamsını dağıdıb, yerlə-yeksan edən lava adlandırırlar. O dövrünün nöqsanlarını qələmə alır, ölkəsində baş verən nöqsanlar barəsində əhalini xəbərdar edir, İngiltərə vətəndaşlarını maarifləndirir və onları cəmiyyətin inkişafına mane olan halların aradan qaldırılmasına səsləyirdi.

emil zolyaXIX əsrin ikinci yarısında Fransa jurnalistikasının nümayəndələrindən biri Emil Zolya olub. 1865-ci ildə “Aşett” nəşriyyatının qablaşdırma bürosunda işlərkən öz dövrünün  yüksək tirajlı nəşrlərindən sayılan “Pti Jurnal” qəzetində kiçik məqalələr çap etdirən Zolya bir il sonra nəşriyyatdan gedir. Bundan sonra fəaliyyətini “Evelman” qəzetində fəaliyyətə başlamışdır.  Zolya düşünürdü ki, qəzet həyatın aynası və oxucuların şüuruna təsir göstərməyin güclü vasitəsidir. O, məqalələrində siyasətçilərə nifrətini gizlətmirdi. Bir müddətdən sonra yazıçını ideya rəqiblərinə qarşı mübarizəsi yorur və 1881 -ci ildə “Fiqaro” qəzetində “Vidalaşma” adlı  məqaləsində oxucularına sonuncu dəfə müraciət etdiyini bildirir. Bununla da çoxillik jurnalistlik fəaliyyətinə yekun vurur. Həmin məqalədən kiçik bir hissə: ” Əgər hər hansı gənc yazıçı mətbuat haqqında mənim fikrimi soruşsa, belə cavab verərdim: ” Üzməyi öyrənmək üçün suya tullandığımız kimi,  siz də fikirləşmədən mətbuatın içinə atılın.  Bizim günlərimizdə bu yeganə kişilik məktəbidir. Siz orada əsl kişilərlə görüşərsiniz, orada mətinləşərsiniz”.

balzakXIX əsrin birinci yarısında Fransa ədəbiyyatının nümayəndələrindən danışarkən Onore De Balzakın adı birincilər sırasında çəkildiyi kimi həmin dövrün fransız jurnalistlari arasında da onu adı hörmətlə xatırlanır. Balzak 1820-ci ildə Paris Hüquq məktəbini bitirir. Əmək fəaliyyətinə jurnalistika sahəsində başlayır və  reklam işi ilə məşğul olur. Parisin jurnalistika aləmi ilə yaxından tanışlığı Balzakda mətbuata ikili münasibət formalaşdırırdı. Yazıçı bir tərəfdən, jurnalistləri sevmir, digər tərəfdən, mətbuatın qüdrətini etiraf etməyə bilmirdi. Balzak yazırdı: “Jurnalistikanı sevmirəm, hətta ona nifrət edirəm… Lakin jurnalistika gücdür, əsrimizin əsl hakimiyyətidir”.

 

Mənbə: Həmid  Vəliyev – Xarici ölkələrin jurnalistikası tarixi

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.