Xəbəriniz olsun, Xəbərlər

“Hər gün xüsusi səbəb olmadan zanbaq alırlar”

Zanbaq – Hollandiyanın əhəmiyyətli ixrac məhsuludur. Ölkənin milli simvolu olan zanbaq Hollandiya mənşəli deyil. Deyilənə görə, bu gül 1500-ci illərdə Avropaya Konstantinopoldan avstriyalı səfir Ojye de Busbek tərəfindən gətirilib. Hollandiyada hər addım başı zanbaq və zanbaq soğanı satılır. Amsterdamdakı  çox saylı mağazalardan birinin satıcısı Paula deyir ki, on müştəridən altısı gülləri alır. “Güllər bahalı deyil. Üç – beş avroya on dənə güldən ibarət buket almaq olar. Onların qiyməti fəsildən asılı olmayaraq dəyişmir. Qızıl güllərin satışı yalnız romantik görüşlər zamanı, ya da Valentin günü baş tutsa da, hər gün xüsusi səbəb olmadan zanbaq alırlar.”

original

 

XVII əsrdə isə zanbaqların qiyməti gündən günə bahalaşırdı. Zanbaq Hollandiyanın simvoluna çevrildi. Ziyalılar və ziyalı insanların çevrəsinə düşmək istəyən insanlar bu güllərdən əldə etməyə çalışırdılar. 1630-cu illərdə iqtisadi inkişaf dövrünü yaşayan Hollandiya Şimali Avropanın əsas ticarət və maliyyə mərkəzi oldu. Əvvəl ekzotik güllərin satışı aprel-may aylarında baş tuturdu, daha sonra il boyu zanbaqları gül mağazalarında tapmaq olardı. Bundan sui-istifadə edən insanlar da tapılıdı – spekulyantlar. Sıravi vətəndaşdan məmuruna qədər hər kəs zanbaq satışı ilə məşğul idi.

 

1636 ilin dekabrında zanbaqların  qiyməti həmin ilin oktyabr ayında olan qiymətindən 20 dəfə çox idi. Həmin dövr bir dənizçi səhvən bostandan adi soğan bilib tülpan soğanını oğurlayıb yediyinə görə, onu həbs ediblər.

original (1)

Semper Augustus adlı ağ qırmızı zanbaq növü ən bahalı növ hesab olunur. 1844 ildə zanbaqların növü 5000 çatdırılıb. Hollandiyada 22 500 hektar yer bu güllər üçün ayrılıb. Yetişdirilən üç milyard güldən iki milyardı ixrac olunur, qalanı isə ölkə daxilində satılır.

Hər il 18 hektar torpaqda on milyon zanbaq yetişdirən Aryan Smit deyir ki, bunun üçün ən yeni texnologiyalardan istifadə edir: “Mövsümdən əvvəl soğanlar xüsusi soyuducularda saxlanılır. Gülləri əkməmişdən iki həftə öncə soğanları yağış suyu ilə doldurulmuş qablara yerləşdirilir. Zanbaqlar nəmliyi sevən güllərdir, ona görə, soğanların suyu tez-tez dəyişdirilir. Lakin qabın dibində qalan orqanik  çöküntü tullanmır. Orqanik çöküntü güllərin keyfiyyətli olması üçün böyük rol oynayır. İstixanalarda güllər üç həftəyə yetişdirilir”.

Kompüter tərəfindən keyfiyyəti təsdiqlənən zanbaqlar  xüsusi avtomat maşınlar vasitəsi ilə buket şəklində yığılır.

66_2

 

Yeni zanbaq növü yetişdirən Aryan bildirir ki, bu yeni növün adı “tiliro”-dur. “Tiliro adında mənim uşaqlarımın adları birləşib. Qürur mənbəyi olan tülpan növü isə “royal virgin”dir. Bu ağ zanbaqdır. Bu növü yaratmaq üçün mənə 15 il vaxt lazım olub”.

Amsterdamda hər evin pəncərəsini zanbaqlar bəzəyir. Hollandiyalılar deyirlər ki, bu güllər onlar kimi sadə, gözəl və mehribandır.

2_25

 

Tərcümə etdi və hazırladı: Pərvanə Sadıqova

www.vokrugsveta.ru

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.