İdman, Müsahibə, ZZ-Manşet

“Hər iki oyun məhsuldar olacaq”.

photo_21091

Bu gün Çempionlar Liqasının qrup mərhələsində  IV turun oyunlarına start veriləcək. İlk oyun günündə 4 qrupda 8 oyun keçiriləcək. Türkiyənin “Beşiktaş” klubu öz meydanında “Napoli”ni qəbul edəcək. Günün digər  qarşılaşması  “Mançester Siti” “Barselona”nanı İngiltərədə qəbul edəcək.

Bu barədə idman eksperti Şəmsəddin Abbasov GSR.fm-ə müsahibə verib. Onun sözlərinə görə, “Beşiktaş” səfərdə qələbə qazanmaqla hamını təəccübləndirib:

İtaliyada “Napoli”ni – Avropanın top komandasını çox böyük çətinliklə məğlub etdilər. Amma “Beşiktaş” bunu bacardı. İndi rəqibi doğma meydanda qəbul edəcək . Türkiyə komandaları doğma meydanda gözəl azərkeş dəstəyinə malik olurlar və bu azərkeş dəstəyi də oyunun nəticəsində az rol oynamır. Düşünürəm ki, bu dəfə də istisna olmayacaq. “Beşiktaş” yaxşı nəticə əldə edə bilər. Unutmayaq ki, “Napoli” də italyan komandasıdır və italyan komandaları müdafiədən oyun qurmağa  üstünlük verirlər. Bu halda “Beşiktaş” hücuma keçdikdə nəzərə almalıdır ki, təhlükəli əks hücumaların qarşısını almaq lazım gələcək. Çünki “Napoli”nin heyətində çoxlu sürətli futbolçular var. “Napoli” ölkə çempionatında sonuncu oyun “Yuventus”a, buna qədər də “Beşiktaş”a uduzub. Azərkeşlərin rəğbətini yenidən qaytarmaq üçün komanda səfər oyununda ən azı məğlub olmamalıdır. Ona görə də italyanlar da oyuna çox təmiz çıxacaqlar. Mən hesab edirəm ki, bu görüşdə heç-heçə gözləmək olar”.

Şərhçi həmçinin “Mançester Siti” və “Barselona” qarşılaşması haqda da öz fikirlərini bölüşüb. O, bildirib ki, bu oyundan çox şey gözlənilir:

“İspaniyada olan ilk oyun göstərdi ki, hazırkı  “Barselona” “Mançester Siti”dən bir yox, bir neçə dəfə üstündür.  “Barselona”nın keçmiş, “Mançester Siti”nin indiki məşqçisi Qvardiola bu dəfə nə isə fikirləşib və bu “Barselona”nın qarşısını almağa çalışacaq. Qolu çox olan bir oyun gözləyirəm və düşünürəm ki, “Mançester Siti” qalib gələ biləcək”.

Öncəki xəbərNövbəti xəbər