Siyasət, Xəbərlər, ZZ-Manşet

Hərbi hüquq ekspertləri görüşüb

bhei

Azərbaycan Respublikası və Birləşmiş Krallığın Müdafiə Nazirlikləri arasında illik hərbi əməkdaşlıq planına əsasən, Müdafiə Nazirlyinin Hüquq İdarəsində iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin işçi görüşü keçirilib.

GSR.fm-in APA-nın Müdafiə Nazirlyinin saytına istinadən verdiyi məlumata görə, tədbir zamanı müdafiə sahəsində qanunvericiliklə bağlı təcrübə mübadiləsi, hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial-hüquqi müdafiəsinin xüsusiyyətləri, Silahlı Qüvvələrdə hüquq xidmətinin təşkili məsələləri, eləcə də hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qabaqcıl təcrübənin öyrənilməsi üzrə müzakirələr aparılıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.