Foto, Reportaj, ZZ-Manşet

Həsən bəy Zərdabinin ev muzeyindən foto reportaj

Azərbaycan milli mətbuatının əsasını qoyan Həsən bəy Zərdabi 1937-ci ildə Göyçay rayonunun Zərdab kəndində anadan olub.

Hazırda ədibin doğulduğu Zərdab şəhərində onun adına ev muzeyi fəaliyyət göstərir. Muzey 2005-ci ilin may ayından istifadəyə verilsə də, rəsmi olaraq fəaliyyətə 2006-ci ilin yanvar ayından başlayıb. Ev muzeyində saxlanılan əşyalar birbaşa Həsən bəyə aid olmasa da, onun ailə üzvlərinə məxsusdur. Ancaq muzeydə saxlanılan qədim ev lampasının Zərdabinin həyat yoldaşı Hənifə xanıma aid olduğu qeyd olunur. Həmçinin Həsən bəy Zərdabinin naşiri olduğu və 1875-ci il iyununu 22-də fəaliyyət göstərən “Əkinçi” qəzetinin nüsxələri, o dövrə aid digər qəzetlər də muzeydə saxlanılır. Muzeydə müxtəlif sərgilər, seminarlar, mühazirələr keçirilərək gənclər, tələbələr və məktəblilər arasında maarifləndirmə aparılır.

Həsən bəy Zərdabinin ev muzeyindən olan fotoları sizə təqdim edirik.

 

[maxgallery id=”106900″]

 

Hazırladı: Xatirə İsmayılova

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.