P.S, Xəbəriniz olsun, Z-Manset

Həyatını dəyişən hədiyyə - Xəbəriniz Olsun

2000-ci ildə 7 yaşlı Tayrel Vulfun anası ona “Christmas child” xeyriyyə aksiyasına qatılmağı təklif edir. Bu aksiyanın məqsədi “Yeni il” bayramı ərəfəsində dünyanın hər bir yerindəki uşaqlara hədiyyə göndərməkdir. Taylerin hədiyyəsi isə təsadüfən Filippində yaşayan Coanna adlı qıza çatır.

1

Hədiyyə qutusunun içinə Tayler öz şəklini və ünvanını qoyur. Və Coanna ona təşəkkür məktubu göndərir. Adama elə gəlir ki, bu əhvalat burada da bitəcək.  Ancaq bu ikisi üçün hər şey bundan sonra başlayır.

2011-ci ildə Coanna “Facebook” sosial şəbəkəsi sayəsində ona bir vaxtlar hədiyyə göndərən oğlanı tapmağa çalışır. Nəticədə o, Tayrel Vulf adında bir neçə adamın səhifəsini tapır. Hədiyyə qutusunun içində gələn şəkildə Tayrel kovboy kostyumunda idi. Buna görə də Coanna fikirləşir ki, yəqin onun axtardığı Tayrel Aydaho ştatında yaşayır. Və ona dostluq göndərir. Həqiqətən də bu həmin Tayrel olur.

2

Bundan sonra onlar düz bir il “Facebook”da ünsiyyət qururlar. 15 saat vaxt fərqinə baxmayaraq onlar bir-birilərini yaxşı tanımağı bacarırlar. Və başa düşürlər ki, onları birləşdirən cəhətlər çoxdur. Nəhayət, 2013-cü ildə Tayrel Coannanın yanına gəlməyi qərara alır. Bu səyahət Tayreli çox həyəcanlandırır. Ancaq görüşdükləri zaman hər şey qaydasına düşür.

dc6fafec-c832-44c6-88fd-b3352bcee52d

Daha sonra Tayrel yenidən Filippinə gəlir. Ancaq bu dəfə ona evlilik təklif etmək üçün. O, müsbət cavab alır və onlar evlənirlər. Bütün sənədləşdirmə işləri qaydasına düşəndən sonra Aydaho ştatına gəlirlər. Artıq il yarımdır ki, bir yerdə yaşayırlar. Cütlük ümid edir ki, bu xeyriyyə aksiyasında iştirak etmək tək onlar üçün yox, eyni zamanda gələcək övladları üçün də bir ənənəyə çevriləcək.

Hazırladı: Rəna Hüseynova

Mənbə: ofigenno.cc

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.