P.S, Xəbəriniz olsun, Z-Manset

Heykəllərin daxili görünüşü - Xəbəriniz Olsun

Biz hər zaman heykəllərin xarici görünüşünə diqqət yetiririk. Bu dəfə isə sizə dünyanın ən məşhur heykəllərinin daxilində olmağı təklif edirik. Gəlin heykəllərin “daxili aləmi” ilə tanış olaq.

Usiku Daibutsu, Yaponiya
Usiku Daibutsu, Yaponiya

Bu heykəl Yaponiyada yerləşir. Hündürlüyü 100, altlığı ilə birgə 120 metrdir.

Statuesinside03

Tokiodan 50 kilometr aralıda yerləşən Usiku şəhərində Amitabha Buddasının heykəli yerləşir. Dörd mərtəbədən ibarətdir.

Statuesinside04

Birinci mərtəbə – “sonsuz işıq və sonsuz həyat”: bu qaranlıq otaqda milli musiqi səslənir və büxur ətri ilə təravətlənir.

Statuesinside05

İkinci – “Təşəkkür və minnətdarlıq dolu dünya”: Bibliya tədqiqatlarına həsr olunub.

Statuesinside06

Üçüncü – Məbəd: 3000 ədəd qızıl Budda heykəllərinin kolleksiyasından ibarətdir. Dördüncü mərtəbə isə çöldəki mənzərəyə baxmaq üçündür. Piyada ora qədər getmək mümkün deyil. Ziyarətçilər lift vasitəsilə 85 metr hündürlüyə qədər qalxırlar.

Kannon tanrıçasının heykəli, Senday
Kannon tanrıçasının heykəli, Senday

Statuesinside10

Hündürlüyü 100 metrdir. Əjdahanın ağzından içəri daxil olan kimi 33 ədəd qadın tanrılarının heykəllərin görəcəksiniz. Bu heykəllər insan arzularını, 12-si isə bürcləri təcəssüm etdirir.

Statuesinside12

Ən başda, 12-ci mərtəbədə Kannon tanrıçasının məbədi yerləşir. Burada 108 ədəd insan əzablarını əks etdirən budda var. Yuxarıdan şəhərə gözəl mənzərə açılır.

“Ana Vətən”, Kiyev
“Ana Vətən”, Kiyev

Hündürlüyü 62, altlığı ilə birgə 102 metrdir.

Statuesinside16

İçərisində iki dənə lift var. Şaquli lift turistlər üçün, maili lift isə texniki işlər üçündür. Lift doqquz dayanacaqla heykəlin başına qədər qalxır.

Statuesinside18

Heykəlin hər iki əlinə, həmçinin qalxan və qılıncın da daxilinə girmək mümkündür.

Statuesinside15

Mütəxəssislər əmindirlər ki, heykəl hələ 150 il də dayana biləcək. Hətta 9 bal zəlzələ gücünə belə davam gətirə bilər.

“Azadlıq heykəli”, Nyu-York
“Azadlıq heykəli”, Nyu-York

Hündürlüyü 46, altlığı ilə birgə 93 metrdir.

Statuesinside26

Fransızlar bu əfsanəvi heykəli amerikalılara ABŞ İstiqlal Bəyannaməsinin 100 iliyinə hədiyyə ediblər.

Statuesinside27

Açılışı 1886-cı ildə baş tutub. Heykəlin mühəndislərindən biri olan Qustav Eyfel Parisdəki “Eyfel” qülləsinin yaradıcısıdır. Məhz o “Azadlıq” heykəlinin içində pilləkənlərin olmasını istəyib. Və heykəlin həm tacında, həm də məşəlində şəhərə baxmaq üçün yer düzəldib.

Statuesinside28

Hazırda turistlərə yalnız tacına çıxmağa icazə verilir. Tacın kiçik pəncərələrindən Manhettinə gözəl mənzərə açılır. Bunun üçün 356 pilləkən qət etmək lazımdır.

Statuesinside29

Gün ərzində 5 turist qrupu buraxılır. Qrupda 10 adam olmaq şərtilə. Buna görə də biletləri 1 il əvvəldən almaq lazımdır. İndi gələn oktyabra biletlər satılır.

Statuesinside30

Uzun zaman heykələ heç kimi buraxmırdılar. 2001-ci ildə baş verən terror aktından sonra 8 il heykəl boş qaldı. Sonra 1 il rekonstruksiyaya bağlandı. Hazırda Nyu-Yorkun simvolu sayılan bu heykəl təhlükəsizlik sistemi və əlillər üçün nəzərdə tutulan müasir liftlə təchiz olunub.

İsa peyğəmbərin heykəli, Boliviya
İsa peyğəmbərin heykəli, Boliviya

Hündürlüyü 32, 2, altlığı ilə birgə 40,44 metrdir.

Statuesinside41

Heykəlin gözündən şəhərə baxmaq mümkündür. Boliviyada yerləşən “İsa peyğəmbərin” heykəli turistlərin buraxılmadığı Rio De Janeyrodakı heykəldən 2,5 metr hündürdü.

Statuesinside44

Yalnız bu ilin mayında istisna hal baş verdi. Fotoqraf və blogger Li Tompson dostu ilə birgə Braziliyadakı heykəlin içinə daxil ola bildi. O, heykəlin başında və çiyinlərində gəzdi. Əlbəttə ki, selfi çəkməyi də unutmadı.

Statuesinside45

Hazırladı: Rəna Hüseynova
Mənbə: bigpicture.ru

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.