Siyasət, ZZ-Manşet

“Hökumət tam şəkildə yenilənməlidir”

porosenkoUkrayna prezidenti Pyotr Poroşenko hökumət üzvlərinin tam şəkildə yenilənməsi barədə təklif irəli sürüb.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, dövlət başçısı islahatların dərhal başlanmasının zəruriliyini vurğulayıb.

“İslahatların məqsədi Avropa həyat standartlarına tədricən yaxınlaşmaq, 2020-ci ildə Avropa İttifaqına üzvlük haqqında ərizə təqdim etməkdir. Koalision sazişin layihəsi məhz bununla bağlıdır”, deyə Poroşenko bildirib.

Bundan əvvəl P.Poroşenko ölkənin yeni nazirlər kabinetində baş nazir vəzifəsinə Arseni Yatsenyukun namizədliyini irəli sürəcəyini bəyan edib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.