Reportaj, ZZ-Manşet

İçərişəhərin qədim istirahət mərkəzləri

Karvansaraylar qədim tarixi köklərə malikdir. Əsasən ticarət yolları üzərində yerləşən karvansaraylar istirahət üçün yerli və əcnəbi tacirlərin üz tutduğu məkanlardan biri olub.

Bakının İçərişəhərində mövcud olan dörd karvansaray da bu baxımdan xüsusi əhəmiyyət kəsb edib. Müasir dövrdə isə muzey və restoran kimi fəaliyyət göstərirlər. 

Bunlardan ən böyüyü Həqiqət Rzayeva 9 küçəsində yerləşən İkimərtəbəli karvansaraydır. Bu karvansaray 15-ci əsrə aiddir. Tarixi mənbələrə görə, Şirvаn şаhı I Xəlilullah tərəfindən Bаkı sаkini Qаsım bəyə və оnun vаrislərinin istifаdəsinə verilib. Kvadrat formalı bu karvansarayın, hər biri otaqlardan ibarət olan eyvanlarla əhatəli böyük həyəti var. Abidə qаlаlаrlа mühаfizə olunub. Bu dа karvansarayın müdаfiə хаrаktеrini göstərir. Karvansarayda qədimi xalçalar, milli geyimlər, musiqi alətləri, qədim pul vahidləri, antik əşyalar, qab-qacaqlar var. Karvansaray işçilərinin sözlərinə görə, daha çox mart aylarından başlayaraq turistlər, eyni zamanda yerli vətəndaşlar buraya istirahətə gəlirlər. Bayramlarda, müxtəlif tədbir və layihələrdə karvansaray başdan-başa milli ornamentlərlə bəzədilir, daha da diqqət mərkəzində olur. Eyni zamanda karvansarayda təşkil olunan ədəbi-bədii gecələr, muğam axşamları buraya gələn qonaqların zövqünü oxşayır.

2mərtəbəli-karvansara-əsas

Digər karvansaray isə, 15-ci əsrin sonunda tikilən Buxara karvansarayıdır. Karvansaray Qüllə küçəsi 9 ünvanında yerləşir. İçərişəhərin ticarət magistralı üzərində yerləşən karvansarayı, deyilənə görə, şərq tacirləri edib. Elə tikilinin adı da Özbəkistanın paytaxtı Buxaradan götürülüb. 17 otaqlı tikilinin əsas xüsusiyyəti dairəvi formada olmasıdır. Karvansarayı gəzərkən həyətdə, mərkəzi hissədəki hovuz diqqətimi cəlb etdi. Belə ki, su fontandan axıb tökülsə də dolmur və müəyyən səviyyədə qalır. Saray divarları rəsmlər, antik qab-qacaqlar, xalça-gəbələr, bəzək əşyaları ilə bəzənib. Həyətdəki qədim geyim və əl işlərindən ibarət qalereya bir çoxlarında maraq doğurur. Milli xüsusiyyətləri özündə toplayan çantalar, butalarla bəzədilmiş kəlağayılar, milli geyimlər karvansaray dövrünün ab-havasını yaradır.

buxara-(3)-əsas

Qüllə küçəsində, Buxara karvansarayı ilə üzbəüz isə Multani karvansarayı yerləşir. Bu karvansaray 14-cü əsrə aidir. Öz qədimiliyi ilə seçilən abidə Pakistanın Multan şəhərinin adı ilə bağlıdır. Abidə 20-ci əsrə dağıdılmış vəziyyətdə gəlib çatsa da, 1973-1974-cü illərdə bərpa edilib. Təməli qaya massivindən ibarətdir. Qədim Bakı memarlığı isə saraya xüsusi rəng qatır. Saray 6  otaqdan ibarətdir. Hər otaqda böyük stol və stullar, kənarları saçaqlarla bəzədilmiş, otaqları bir-birindən ayıran pərdələr var. Karvansarayın "Sim-sim" qapısı nağıllardakı sehirli qapıları xatırladır. Karvansarayın zirzəmisi tikilinin maraqlı hissələrindən biridir. İndi isə bura, zirzəmi deyil, 1-ci mərtəbədir. Sarayın geniş həyəti vaxtilə buraya gələn tacirlərin heyvanlarını yerləşdirmələri üçün nəzərdə tutulub. Həyətdəki quyunun suyu qurusa da həyətə gözəllik qatır. Karvansarayın divarlarından qədim Azərbaycan xalçaları, bəzək əşyaları, qədim Bakını təsvir edən rəsmlər, milli musiqi alətləri asılıb. Kiçik dəhlizdə Pakistan prezidentinin saraya bağışladığı  hədiyyə yerləşdirilib. Hədiyyələr keramik stolüstü lampa, gül vazası, keramik kassa və piyalə, keramik boşqab, su qazanı, gül vazası, çay dəsti, qazança, ağzı açıq qazan, güzgüdən ibarətdir. Multanı karvansarayı öz qədimiliyini qoruyub saxlayıb. Sadəcə bəzi daşlar bir qədər ovulub, tökülüb, zamana məğlub olub. Hazırda karvansaray ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qorunur.

multani-(1)-əsas

Ölkə əhəmiyyətli karvansaraylardan biri də Asəf Zeynallı küçəsi 22 ünvanında yerləşən Kiçik karvansaraydır. “Хаn Kаrvаnsаrаyı” da adlanan abidədə əsaslı şəkildə bərpa işləri aparılıb. Bərpa işlərindən sonra karvansaray öz əvvəlki şəklinə qaytarılıb. Burada yaradılmış mərkəzdə yerli incəsənət ustalarının fəaliyyəti təşkil edilir. Xalçaçılıq, ağac oyma, dulusçuluq, zərgərlik, milli geyimlər, dekorativ yaşıllaşdırma və digər tətbiqi sənət işləri nümayiş etdirilir. Buradakı xalçalar öz qədimiliyi ilə seçilir. Üzərində müxtəlif naxışlar, milli xüsusiyyətləri əks edən fiqurlar hər kəsin zövqünü oxşayır. Mərkəzi hücrədə isə yerli və xarici incəsənət ustalarının əsərlərinin və əl işlərinin nümayişi keçirilir. Karvansaraya gələcək hər bir qonaq milli tətbiqi sənət nümunələrinin hazırlanması prosesində də iştirak etmək imkanını əldə edir.

kicik-k-(2)-əsas (1)

Üzərində müxtəlif naxışlar, milli xüsusiyyətləri əks edən fiqurlar hər kəsin zövqünü oxşayır. Mərkəzi hücrədə isə yerli və xarici incəsənət ustalarının əsərlərinin və əl işlərinin nümayişi keçirilir. Karvansaraya gələcək hər bir qonaq milli tətbiqi sənət nümunələrinin hazırlanması prosesində də iştirak etmək imkanını əldə edir.

 

 

 

[ngg_images gallery_ids=”463″ display_type=”photocrati-nextgen_pro_horizontal_filmstrip”]


Hazırladı: Nigar Məhərrəmova

Öncəki xəbərNövbəti xəbər