İdman, ZZ-Manşet

İdman sahəsində İtaliya universitetləri ilə əməkdaşlıq edilir

????????????????????????????????????

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında İtaliyanın  Kassino və Cənubi Lasio Universitetinin rektoru, İtaliyanın ən böyük ali məktəblərindən olan Genuya Universitetinin təhsil şöbəsinin müdiri və Link Campus Universitetinin Erasmus proqramının koordinatoru ilə görüş keçirib.

GSR.fm xəbər verir ki, idman tədrisi sahəsində təcrübəni bölüşmək və gələcək əməkdaşlıq haqqında imkanları müzakirə etmək məqsədilə keçirilən görüşün nəticəsi olaraq məşqçilərin hazırlanması, idman tibbi və idman menecmenti sahələrində davamlı əməkdaşlıq, yeni tədris proqramlarının hazırlanması, eyni zamanda müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Görüş zamanı bir sıra məsələlər, o cümlədən bioetika və idman etikası, biokimya və molekular biologiya sahəsində adaptiv mexanizmlərin mükəmmələşdirilməsinə yönələn yeni texnologiyalar və dopinq məsələləri, Akademiyada elmi-tədris laboratoriyanın yaradılması, məhdud fiziki imkanları olan tələbələrin tədris prosesinə cəlb edilməsi məsələləri geniş müzakirə edilib. Qonaqlar Azərbaycanın son illər ərzində qazandığı idman uğurlarının ölkənin hazırkı inkişaf səviyyəsini və iqtisadi qüdrətini əks etdirdiyini vurğulayıb, Bakı – 2015 Birinci Avropa Oyunları, əlalxüsus da Formula – 1 Avropa Qran Prisinin Azərbaycanda keçirilməsinin Azərbaycanın idman ölkəsi kimi tanınmasında və beynəlxalq imicin yüksəlməsində böyük rol oynadığını xüsusilə qeyd ediblər.

Qeyd edək ki, son zamanlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası beynəlxalq əlaqələrin inkişafı üçün ardıcıl işlər aparır. İdman təhsili sahəsində mövcud beynəlxalq təcrübəni və təhsil modellərini öyrənmək məqsədilə Akademiyanın nümayəndələri ABŞ, Almaniya, Türkiyə, Rusiya, Sloveniya, Latviya, Bolqarıstan, Belarus və s. ölkələrə ezam edilmiş, qarşılıqlı əməkdaşlıq əlaqələrini yaradıblar.

Öncəki xəbərNövbəti xəbər

6 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: doctor7online.com
  3. Geri izləmə: cialis prices

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.