Siyasət, ZZ-Manşet

İlham Əliyev Andjey Dudanı təbrik edib

ilham6Azərbaycan prezidenti İlham Əliyev Andjey Dudanı Polşa prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Duda, Polşa Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Biz Azərbaycanla Polşa arasındakı münasibətlərə böyük əhəmiyyət veririk. Ümidvaram ki, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Polşa xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.