Sosial, ZZ-Manşet

İlham Əliyev BƏƏ-nin baş nazirinə başsağılığı verib

ilham serencam2Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti, baş naziri, Dubayın əmiri şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağılığı verib.

GSR.fm president.az-a istinadən xəbər verir ki, məktubda deyilir: “Oğlunuz şeyx Rəşid bin Məhəmməd Al Məktumun vaxtsız vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.