Siyasət, Xəbərlər, ZZ-Manşet

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib

fed5694cdd2993d49b56aaffb5e03ac1

Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar prezident İlham Əliyev, dövlət və hökumət nümayəndələri Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, dövlət başçısı məzarın önünə əklil qoyub. Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra prezident İlham Əliyev akademik Zərifə Əliyevanın, eləcə də görkəmli dövlət xadim Əziz Əliyevin və görkəmli alim Tamerlan Əliyevin məzarlarını ziyarət edib.

Məzarların önünə əklillər, gül dəstələri qoyulub.

Öncəki xəbərNövbəti xəbər