Siyasət, Xəbərlər, ZZ-Manşet

İlham Əliyev Pakistanın baş nazirini qəbul edib

6e2c6a4455d011c648e5b9015a08d2f4

Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Nəvaz Şərifin oktyabrın 14-də rəsmi qarşılanma mərasimi olub.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, baş naziri Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri M. N. Şərifə, Pakistan nümayəndə heyətinin üzvləri prezident İ. Əliyevə təqdim olunub.

Azərbaycan prezidenti və Pakistanın baş naziri rəsmi foto çəkdiriblər.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif ilə məhdud tərkibdə görüşü olub.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.