Siyasət, Xəbərlər, ZZ-Manşet

İlham Əliyev türkmənistanlı həmkarını təbrik edib

ilham serencam2

Azərbaycan prezidenti İlham Əliyev türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədovu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli Qurbanqulu Məlikquliyeviç, Türkmənistanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına sülh və tərəqqi arzulayıram”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.