İqtisadiyyat, ZZ-Manşet

İlin sonunadək sement tələbatını daxili istehsal ödəyəcək

sement-570x360Bu ilin sonunadək Azərbaycanın sementə olan tələbatı daxili istehsal hesabına tam ödəniləcək.

GSR.fm APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, son dövrdə yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması  nəticəsində bir sıra məhsullar üzrə idxaldan asılılıq azalıb, tələbatın yerli istehsal hesabına ödənilməsi artıb: “Ölkədə yerli xammal hesabına daxili tələbatı ödəyəcək həcmdə bir sıra tikinti materialları, o cümlədən sement istehsal edən zavodlar istismara verilib ki, bunun da nəticəsində tikinti materiallarının istehsalı 16,8%, sement istehsalı isə 39,0% artıb”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.